Yeni tərəvəz və kartof sortları yaradılıb
Yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilibTərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, tədbirdə institutda yaradılmış dequstasiya komissiyasının üzvləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin məsul şəxsləri, Nazirliyin elmi-tədqiqat institutlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. Yeni yaradılmış sortlar haqqında institutun rəhbəri Elmar Allahverdiyev və seleksiyaçı alimlər iştirakçılara ətraflı məlumat veriblər.
Dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssisləri tərəfindən yaradılmış pomidor, bibər, xiyar və kartof bitkilərinin yeni sortları təqdim olunub. Təqdim olunmuş tərəvəz və kartof sortları təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir.
Yeni sortlar bir neçə parametr üzrə qiymətləndirilib. Belə ki, burada meyvələrin dad keyfiyyəti, əmtəllik forması, biokimyəvi tərkibi və digər parametrlər əsas götürülüb. Qiymətləndirmə beş ballıq sistem üzrə aparılıb. Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni sortu təqdim olunub. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























