Azərbaycanın laboratoriyası İngiltərə şirkətinin sınağında uğurlu nəticə əldə edib
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir, aparılan sınaq nəticələrinin etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
2021-ci il aprelin 20-də Mərkəzi Baytarlıq Laboratoriyası İngiltərənin “Vetqas” şirkəti tərəfindən “Xırdabuynuzlu heyvanların kataral isitməsi” (Bluetongue disease) üzrə təşkil etdiyi proqramda beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına cəlb olunub. Xarici laboratoriyaların da iştirak etdiyi səriştəlilik sınağında AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası uğurlu nəticə əldə edib.
Qeyd edək ki, bu günədək sınaq laboratoriyası xarici laboratoriyaların qatıldığı müxtəlif xəstəliklər üzrə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İngiltərənin “Vetqas” şirkəti tərəfindən təşkil edilmiş beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında (“Proficiency Tests”) iştirak edərək uğurlu nəticə göstərən laboratoriyalar sırasında yer alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























