Bu gün Türk Lirəsi üçün növbəti həllədici qərar açıqlanacaq
Bu gün Bakı vaxtı ilə saat 15:00-da Türkiyə Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayacaq.
Marja xəbər verir ki, Bankın faiz dərəcəsini 19%-də saxlayacağı gözlənilir. Bir əvvəlki toplantıda da Türkiyə Mərkəzi Bankı faiini dəyişməz saxlamışdı.
Türkiyədə 19 təşkilat arasında keçirilmiş sorğuya görə, Türkiyə Mərkəzi Bankı May ayında faizini sabit saxlayacaq, il sonunda isə faizi 16% səviyyəsinə endirəcək.
TCMB-nin ilk faiz endiriminin nə vaxt olacağı ilə əlaqədar suala iki təşkilat İyun, dörd təşkilat İyul, beş təşkilat, Avqust, beş təşkilat Sentyabr, üç təşkilat da Oktyabr ayında ilk faiz endiriminin reallaşmasını gözlədiklərini bildirib.
İl sonunda ən çox faiz endirimi gözləyən təşkilat faizin 14,75% səviyyəsinə qədər endiriləcəyini bildirib, bir təşkilat faizin 3 bənd artırılaraq 22% səviyyəsinə qaldırılacağını düşünür.
Xarici təşkilatlar da May ayında keçiriləcək iclasda faiz endirimi qərarı olacağını gözləmirlər, ilk faiz endirimi üçün fərqli tarix təxminləri verirlər.
Barclays dördüncü rübdə TCMB-in faizi endirməyə başlayacağını və 3,50 bənd azaltma edəcəyini düşünür. ING Bank isə faizin üçüncü rübün sonuna doğru endiriləcəyini təxmin etdiklərini, Deutsche Bank İyul ayından etibarən faiz endirimi gözlədiklərini açıqlayıb.
The Economist jurnalı, 128 milyard dollarlıq valyuta ehtiyatı itkisinə baxmayaraq son iki ildə kəskin ucuzlaşmış Türk Lirəsinin yenidən təzyiq altında olduğunu, Mərkəzi Bankın isə ilin ikinci yarısında faiz endirə biləcəyini yazıb.
Türkiyə Mərkəzi Bankının may ayı proqnozlar sorğusuna görə, 2021-ci ilin sonu üçün dollar/TL məzənnəsi üzrə proqnoz 8,71-ə yüksəlib. Bu rəqəm apreldə 8,57 səviyyəsində idi. 12 ay sonra üçün məzənnə proqnozu 8,95 TL səviyyəsinə yüksəlib.
Cari il sonu üçün istehlakçı inflyasiyası proqnozu bir əvvəlki sorğuda 13,12% ikən, may ayı sorğusunda 13,81% olub. 12 ay sonra üçün inflyasiya proqnozu isə 11,26%-dən 11,81%-ə yüksəlib.
Beynəlxalq Maliyyə İnstitutu (IIF), dollar/TL üçün ədalətli dəyər proqnozunu 7,5-dən 9,5-ə yüksəldib. Bu proqnoza səbəb olaraq Türkiyənin cari kəsirinin artmasını göstərib.
Ekspertlər bildirirlər ki, inflyasiya yüksəlməyə davam edərsə Mərkəzi Bankın faizi sabit saxlaması bazarın qəbul edəcəyi bir variant olmayacaq. Əgər inflyasiya daha da yüksələrsə Mərkəzi Bank faiz artıra bilər.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana görə, faiz səbəb, inflyasiya nəticədir. Onun sözlərinə görə, faizlər yüksəldikdə inflyasiya artır. Ərdoğanın nəzəriyyəsinə görə, Türkiyədə inflyasiyanın artdığı hazırkı vəziyyətdə Mərkəzi Bank faiz endirməlidir. Mütəxəssislər bu yanaşmanın səhv olduğunu qeyd edərək, "inflyasiyanın səbəb, faizin nəticə" olduğunu bildirirlər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 Martda sərt pul siyasəti mənimsəmiş Mərkəzi Bankın sədrini gözlənilməz bir şəkildə vəzifədən azad etməsi Türk Lirəsinin 13% dəyərdən düşməsinə səbəb olmuşdu.
Hazırda Dollar/TL məzənnəsi 8.33 səviyyələrindədir.
FEVRALDA 12 AYLIQ CARİ KƏSİR 37,8 MİLYARD DOLLAR OLUB
2019-da 6,8 milyard dollar cari profisit verən Türkiyə iqtisadiyyatı, 2020-də 36,7 milyard dollar cari kəsir vermişdir.
2020-nin ilk iki ayında 3,4 milyard dollar olan cari kəsir, 2021-nin ilk iki ayında əmtəə qiymətlərindəki artımın və kreditlərdə artımın da təsirilə 4,4 milyard dollara yüksəlib.
Fevralda 12 aylıq cari kəsir 37,8 milyard dollar olub.
2020-nin ardından 2021-də də epidemiyaya bağlı olaraq turizmdə gözlənilən gəlirin əldə edilə bilməmə təhlükəsi var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 saat əvvəl
-
-
16 saat əvvəl
Avropalı milyarderlər nəhəng şin istehsalçısının səhmləri üçün çinli tərəfdaşla danışıqlara başlayıb
-
16 saat əvvəl
Avropa İttifaqının ən yüksək məhkəməsi Google-a 4,1 milyard avroluq cəriməni qüvvədə saxlayıb
-
16 saat əvvəl
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
-
17 saat əvvəl
ADY rəhbərliyi Rusiya və İranla dəmir yolu sahəsində əməkdaşlığın inkişafını müzakirə edib
-
17 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Əbu-Dabinin Milli Neft Şirkəti Azərbaycanda iştirakını genişləndirmək üçün danışıqlar aparır
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
70 000 manatadək kredit - KOMİSSİYASIZ
Ən çox oxunanlar
Xankəndidə ABB-nin Çağrı Mərkəzinin açılışı oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"AzerGold" gümüş külçələrin qiymətlərini açıqladı: 1 kiloqramlıq külçə 5 min manata satılır
“FINCA Azerbaijan” illik 15%-lə 1 milyon 500 min manat cəlb etdi - 51 İNVESTORDAN 51 SİFARİŞ
“Admedia” reklam agentliyi beynəlxalq tədbirdə təltif olunub - FOTO
Aktivləri 4 milyard manatı keçib, mənfəəti 15%-dən çox artıb























