Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb

"CineMastercard" və “Gəncə Mall”-dan şəhid Səxavət Həsənovun xatirəsinə ehtiram. Vaxtilə çalışdığı kinoteatrın divarında şəhid Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb.
AzVak-mobil_resmin_ustu_31
CineMastercard-ın şəhid əməkdaşı Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Gəncə Mall” ticarət mərkəzində yerləşən CineMastercard kinoteatrında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Səxavət Həsənovun xatirə lövhəsi quraşdırılıb. Lövhə şəhidin vaxtilə çalışdığı kinoteatrın divarında yerləşdirilib.

Anım mərasimində şəhidin anası Xatirə xanım, digər şəhid anaları, Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının (YAP) Gəncə şəhər təşkilatının nümayəndələri, 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, eləcə də müxtəlif idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər. Tədbir çərçivəsində məktəbli qız Səxavət Həsənova həsr olunmuş şeir də səsləndirib.

Mərasimdə CineMastercard kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, “Gəncə Mall” ticarət mərkəzinin direktoru Şərif Ələkbərli və şəhidin anası Xatirə xanım çıxış ediblər. Onlar Səxavət Həsənovun həyat yolundan, Vətən uğrunda göstərdiyi fədakarlıqdan və onun xatirəsinin gələcək nəsillər üçün yaşadılmasının əhəmiyyətindən danışıblar.

Mərasimin sonunda iştirakçılar 44 günlük Vətən müharibəsindən bəhs edən “44” bədii filmini izləyiblər.

Gəncə Mall CineMastercard Səxavət Həsənov şəhid Səxavət Həsənov şəhidin xatirə lövhəsi Zəfər Günü 8 Noyabr Gəncədə şəhidin xatirəsi Zaur Darabzadə Şərif Ələkbərli Xatirə Həsənova Vətən müharibəsi 44 günlük Vətən müharibəsi Gəncə kinoteatrı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi.
07.11.2026 13:37
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19