Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

İki bank arasında satınalmadan sonra yeni təyinat – Cəfər Həmidov vəzifəyə başladı

“Bank Respublika”da mühüm təyinat – Baş texnologiya direktoru dəyişib. “AccessBank”ın baş texnologiya direktoru “Bank Respublika”ya keçib
iç səhifə xəbər başlığı altı (mobil)_31
İki bank arasında satınalmadan sonra yeni təyinat – Cəfər Həmidov vəzifəyə başladı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Bank Respublika” ASC-də yeni rəhbər təyinatı olub.

Marja.az xəbər verir ki, Cəfər Həmidov bankın Baş Texnologiya Direktoru (Chief Technology Officer – CTO) vəzifəsinə təyin edilib.

Bu barədə Cəfər Həmidov “LinkedIn” sosial şəbəkəsindəki şəxsi hesabında məlumat yayıb. O, “Bank Respublika”da yeni vəzifədə fəaliyyətə başladığını açıqlayıb.

Məlumata görə, Cəfər Həmidov 2026-cı ilin oktyabrından yeni vəzifəsinin icrasına başlayıb.

Cəfər Həmidov bundan əvvəl “AccessBank” QSC-də Baş Texnologiya Direktoru vəzifəsində çalışıb. O, 2025-ci ilin aprelində bu vəzifəyə təyin edilmişdi.

Bank sektorunda 16 ildən artıq təcrübəsi olan Cəfər Həmidov əmək fəaliyyətinə 2010-cu ilin fevralında “AccessBank”da proqramçı kimi başlayıb. Sonrakı illərdə baş proqramçı, aparıcı proqram təminatı tərtibatçısı, əsas bank sistemləri və hesabatlıq bölməsinin rəhbəri kimi çalışıb.

2022-ci ilin martında “AccessBank”ın İT İnkişafı Departamentinin direktoru vəzifəsinə təyin olunan Cəfər Həmidov 2025-ci ilin aprelinədək həmin vəzifəni tutub.

O, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnzibati idarəetmə ixtisası üzrə bakalavr məzunudur.

Qeyd edək ki, təyinat “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100 faizini satın alması üzrə sövdələşmənin tamamlanmasından sonraya təsadüf edir.

Əqdin şərtlərinə əsasən, “AccessBank”ın əvvəlki səhmdarları “Bank Respublika”nın nizamnamə kapitalının 25 faizinə bərabər yeni imtiyazlı səhmlər əldə edirlər. Bankların ilkin mərhələdə ayrı-ayrılıqda fəaliyyət göstərməsi, sonrakı mərhələdə isə müvafiq tənzimləyici tələblərə uyğun birləşdirilməsi nəzərdə tutulur.

Cəfər Həmidov Jafar Hamidov Bank Respublika AccessBank Bank Respublika yeni təyinat AccessBank rəhbərliyi Chief Technology Officer CTO baş texnologiya direktoru bank sektorunda kadr dəyişiklikləri Bank Respublika AccessBank satınalma bank texnologiyaları rəqəmsal bankçılıq.
06.11.2026 12:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19