Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
70 milyon manat investisiya, 150 min ton istehsal gücü, 300 daimi iş yeri.Cəbrayılda 70 milyon manatlıq içki zavodu açıldı – 300 nəfər işlə təmin ediləcək. "Azərsun Holdinq” Cəbrayılda 70 milyon manatlıq yeni zavodunu istifadəyə verib. Qarabağda 150 min ton istehsal gücünə malik yeni içki zavodu açılıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
“Azərsun Holdinq”in müşahidə şurasının sədri Tahir Gözəl dövlətimizin başçısına və birinci xanıma müəssisə barədə məlumat verib
Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisədə qazlı və qazsız sular, soyuq çay, meyvə tərkibli, vitaminli və azkalorili içkilər istehsal olunacaq. Ərazisi 10 hektar olan müəssisənin illik istehsal gücü 150 min tondur.
Məhsulların daxili bazarla yanaşı, xarici bazarlara ixracı nəzərdə tutulur. Burada İtaliya istehsalı olan müasir avadanlıq quraşdırılıb. İstehsal prosesi suyun təmizlənməsi, şərbət hazırlanması, qarışdırma, qazlaşdırma, məhsulun plastik butulka və şəffaf qida qablarına doldurulması, qapaqlanması, etiketlənməsi və qablaşdırılması mərhələlərini əhatə edir.
Layihənin ümumi dəyəri 70 milyon manatdır. Maliyyələşmədə özəl vəsaitlə və bank kreditləri ilə yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) dəstəyi ilə 5 milyon manat məbləğində güzəştli kreditdən, həmçinin əlavə 5 milyon manat kredit üzrə zəmanət və faiz subsidiyası mexanizmindən istifadə edilib. Burada 300 nəfər daimi işlə təmin ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
3 gün sonra
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
- 20 d. əvvəl
-
1 saat əvvəl
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
-
1 saat əvvəl
“A+CO” şirkəti 6 ayda 25 milyon manat gəlir, 655 min manat xalis mənfəət əldə edib
-
1 saat əvvəl
“İstisu” və 12 Azərbaycan şirkəti Çində beynəlxalq sərgidə iştirak edir
-
1 saat əvvəl
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“İrşad”da Zəfər Gününə özəl “Şad Günlər” kampaniyası başlayır!
Mənfəəti 4,9 dəfəyə yaxın artan BOKT 6 milyon manat borc alır
Tahir Gözəl 70 milyon manatlıq zavod haqqında Prezidentə və Birinci xanıma məlumat verib
Ən çox oxunanlar
PAŞA Bank “ZirvədəSən 2026” Təcrübə Proqramına yekun vurub
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər
Avant Group AIREX 2026 sərgisində yeni irimiqyaslı Caspi Yards layihəsini təqdim edib - VİDEO
Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı olub
Şəhid ailələrinin rəsm əsərləri “PAŞA Real Estate Qrup”un dəstəyi ilə nümayiş etdirilib
Bu biznes gəlirlərdən 1 faiz vergi ödəməli olacaq



















