Azərbaycan şirkəti Avropa bankından 2 milyon dollar borc alır
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda yarımfabrikat və hazır dərilərin ən böyük istehsalçı və ixracatçılarından biri olan "RER Modern Hides" MMC şirkətinə 2 milyon ABŞ dolları məbləğində kredit ayırıb.
Marja AYİB-ə istinadən xəbər verir ki, şirkət hazırladığı yarımfabrikat və hazır dərilərinin keyfiyyətini artırmağa və məhsul çeşidini genişləndirməyə imkan verəcək müasir bir istehsal müəssisəsini istifadəyə verməyi planlaşdırır. AYİB-in krediti yeni avadanlıqların alınması üçün istifadə olunacaq.
2013-cü ildə qurulan şirkət daha geniş bir müştəri bazasına və ixrac bazarlarına nail olmağı hədəfləyir.
Şirkət Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərir.
Bu günə qədər AYİB Azərbaycandakı 175 layihə üzrə 3.2 milyard avro vəsait ayırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
11 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
11 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
12 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
12 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
13 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























