Azərbaycana gələnlərin sayı 4 dəfədən, gedənlərin sayı 8 dəfədən çox azalıb
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2021-ci ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 128 ölkəsindən 117,2 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilmişdir.
Ölkəmizə gələnlərin 33,0 faizi Rusiya Federasiyası, 27,9 faizi Türkiyə, 16,2 faizi İran, 10,6 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,1 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan və Özbəkistan, 0,6 faizi Türkmənistan, hər birindən 0,5 faiz olmaqla İtaliya və Almaniya, 4,8 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 93,4 faizini kişilər, 6,6 faizini qadınlar təşkil etmişdir.
Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-mart aylarında Gürcüstandan gələnlərin sayı 11,9 dəfə, Türkmənistandan - 8,9 dəfə, Qazaxıstandan - 7,7 dəfə, Özbəkistandan - 5,2 dəfə, Rusiya Federasiyasından - 4,1 dəfə, Ukraynadan - 3,7 dəfə, Böyük Britaniyadan - 3,6 dəfə, Belarusdan - 2,1 dəfə, Türkiyədən - 1,9 dəfə, İrandan - 1,6 dəfə azalmışdır.
2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə ümumilikdə körfəz ölkələrindən gələnlərin sayı 3,5 dəfə azalaraq 19,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,2 dəfə azalaraq 45,6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,5 dəfə azalaraq 4,3 min nəfər olmuşdur
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 70,9 faizi dəmir yolu və avtomobil, 25,8 faizi hava, 3,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 8,4 dəfə azalaraq 111,1 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 45,2 faizi Türkiyəyə, 19,7 faizi Rusiya Federasiyasına, 9,2 faizi Gürcüstana, 6,9 faizi İrana, 19,0 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 75,0 faizini kişilər, 25,0 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə ötən ilin eyni dövrü ilə müqayisədə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 41,6 dəfə, Gürcüstana gedənlərin sayı 27,3 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 8,7 dəfə, Türkiyəyə gedənlərin sayı isə 1,8 dəfə azalmışdır.
2021-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,5 faizi hava, 25,8 faizi dəmir yolu və avtomobil, 6,7 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti




























