"İnsanların hər il koronavirus peyvəndi etdirmələri lazım olacaq"
Pfizer-dən koronavirus peyvəndində "üçüncü doza" açıqlamasıABŞ-ın əczaçılıq şirkəti Pfizer, yeni növ koronavirus (Covid-19) peyvəndlərini vurduran şəxslərin ən gec 12 ay ərzində üçüncü doza peyvəndə ehtiyacı ola biləcəklərini açıqlayıb.
Marja xəbər verir ki, CNBC televiziyasına danışan şirkətin direktoru Albert Bourla, "Ola biləcək bir ssenariyə görə, 6 ilə 12 ay arasında üçüncü bir dozaya ehtiyac olacaq və insanların hər il yenidən peyvənd olmaları lazım olacaq. Yeni virus növlərinin görülməsi bu qərarı qəbul etməkdə əhəmiyyətli bir rol oynayacaq" deyib.
Pfizer-in məlumatları 2 mindən çox peyvənd edilmiş insana əsaslanır, ancaq qorumanın 6 ay sonra davam edib etmədiyini müəyyən etmək üçün daha çox məlumata ehtiyac var.
Pfizer və BioNTech, fevral ayında virusun yeni variantlarına qarşı immunitet reaksiyasını daha yaxşı anlamaq üçün Covid-19 peyvəndinin üçüncü dozasını test etdiklərini açıqlamışdı.
Johnson & Johnson-un Direktoru Alex Gorsky da eynilə mövsümi qrip peyvəndlərində olduğu kimi insanların hər il Covid-19 peyvəndi etdirmələri lazım ola biləcəyini açıqlayıb.
Müştərilərin xəbərləri
Pulunuzu sadəcə saxlamayın? Kapital Bank-ın rəsmisi investisiyanın əsas qaydalarını açıqladı - MÜSAHİBƏ
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün sonra
-
3 saat əvvəl
Avropa İttifaqı 9 oyun şirkəti ilə bağlı araşdırmaya başlayıb
-
3 saat əvvəl
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
AZAL daha bir “Airbus A321neo” aldı – Donanmadakı təyyarələrin sayı 31-ə çatdı
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Hörmüz böhranı gübrəni bahalaşdırdı – Qiymət 9 ayda 28,4% artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR yeni şirkət yaradıb
Ən çox oxunanlar
Bakıdan Tbilisiyə daha ucuz getmək mümkün olacaq, biletlər 36 manatdan başlayacaq - gündə 4 reys olacaq
Azərbaycanda oktyabrın 2-dən 5-dək yağış yağacaq
Yasamalda “kazino mənzili” aşkarlandı, 6 nəfər saxlanıldı - 5 milyon manatdan çox dövriyyə
Oktyabrın 2-də gözlənilən hava şəraiti
Dünya Bankı Orta Dəhlizin inkişafına 1,2 milyard dollar yatıracaq
Axios: ABŞ İran nümayəndə heyətinə “ölkəni dərhal tərk edin” deyib























