Azərbaycana “Venture Capital” investisiyası gətirən startup - Fonibo!
Son zamanların ən çox inkişaf edən tələbə görə sürətli çatdırılma xidmətləri sahəsində hərəkətlilik davam edir. Covid19 və dünyada yaranmış digər qapanma proseslərinə görə insanların alış-veriş davranışlarında kəskin dəyişiklər yaranmış, sürətli çatdırılma xidmətləri isə günlük həyatımızın bir parçası halına gəlmişdir.
Marja xəbər verir ki, Nicat Manafov və Misir Cəfərov tərəfindən qurulan “Fonibo” tətbiqi də yenilənmiş innovativ üstünlükləri ilə bazarda fərqlənməyi bacarıb. Fonibo, yaxın günlərdə Səudiyyə Ərəbistanın dünyaca məşhur DAAL Vençur Kapital şirkətindən investisiya almış və bir ilkə imza ataraq, ölkə xaricindən Azərbaycana rəsmi investisiya alan ilk startup olmuşdur. 15 nəfərdən ibarət Fonibo komandasının orta yaşı 20-dir.
Qısa müddətdə geniş istifadəçi kütləsinə çatan xidmət, artıq minlərlə insana həm supermarketlərdən, həm də restoranlar və digər pərakəndə satış yerlərindən məhsulları, evlərindən çıxmadan qapılarına qədər çatdırır. Hazırda yalnız Bakı şəhəri daxilində fəaliyyət göstərən Fonibo, çatdırılma müddəti olaraq da müştərilərə 15 dəqiqəlik qısa bir müddət vəd edir. Sürətli çatdırılmanın arxasında dayanan sürətli rotasiya planlaması və avtomatlaşdırılmış həllər Foniboya imkan yaradır ki, heç bir deposu olmadan bu xidməti insanlara göstərə bilsin.
İstifadəsi olduqca rahat olan tətbiq vasitəsilə istifadəçilər istədikləri məhsulları səbətə atır və sifarişlərin xəritə üzərində seçilən əraziyə bir toxunuşla çatdırılmasına nail olur. Yenilənmiş Fonibonun bazardakı rəqiblərinə görə ən böyük üstünlüklərindən biri də ekspress çatdırılma xidməti göstərməsidir. Ekspress çatdırılma vasitəsilə məktub, açar, sənəd və s. kimi istənilən əşyanın bir nöqtədən digərinə göndərilməsini həyata keçirə bilərsiniz. Yenilənmiş tətbiqdə bir çox sürpriz yeniliklər vəd edən şirkət, həmçinin, sifarişdən sonra məhsul əlavə etmə və ya ləğv etmə, sifarişi həyata keçirən köməkçilərlə daim canlı əlaqə imkanı kimi özünəməxsus üstünlüklər də təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
21 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 4 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda “Cahan Şirkətlər Qrupu”nun 30 illiyi qeyd edilib - FOTOLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
Oktyabrın 30-da gözlənilən hava şəraiti
İsrailin aviaşirkətinin Bakıya ilk reysi qarşılanıb
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Azərbaycan neftinin son qiyməti
Nvidia-dan Nokia-ya 1 milyard dollarlıq investisiya
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb


























