“İnvestisiya təşviqi sənədləri 4 milyard manatdan artıq investisiyaların yatırlmasına səbəb olub”
“2019-cu ilin nəticələrinə görə verilmiş investisiya təşviqi sənədləri üzrə layihələrin reallaşması yerli istehsala 4 milyard manatdan artıq investisiyaların yatırılmasına, 28 minədək yeni iş yerinin yaradılmasına səbəb olmuş və bu layihələrin 87%-i regionların payına düşmüşdür. Doğrudan da çox böyük rəqəmdir”.
Marja xəbər verir ki, bunu,Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı
mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsinin yekun konfransında çıxışı zamanı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev bildirib.
Musayev, “Sahibkarlığın inkişafı mikro sahibkarlıqdan başlayır” deyərək çıxışına belə davam edib: “Məlumat üçün bildirim ki, 01 Yanvar 2020-ci il tarixində Azərbaycanda 678 iri, 2916 orta, 7282 kiçik, 127 min 517 mikro müəssisə mövcud olub. Cəmi müəssisələrin 92%-indən çoxu mikro sahibkarlıq subyektidir.
2020-ci ildə pandemiyadan ən çox zərər çəkən mikro sahibkarlıq subyektləri olub. Mənfi təsirləri azaltmaq üçün Azərbaycan dövləti sahibkarlara dəstəklər göstərib. Dövlət tərəfindən 177 min 386 mikro sahibkarlara 83 milyon manat maddi dəstək göstərilib”.
Qeyd edək ki, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsinin ümumi məqsədi regionlarda yaşayan əhalinin gəlir əldə etmək və iş yerlərinin açılmasını dəstəkləmək üçün mikromüəssisələrin yaradılmasına və inkişafına dəstək vermək olmuşdur. Layihənin spesifik məqsədi Gəncə - Qazax, Quba - Xaçmaz, Şəki - Zaqatala və Kür - Araz (Aran) iqtisadi rayonlarda, bazar imkanlarını asanlaşdırmaq və sərmayə kapitalı ilə təmin etməklə öz bizneslərini qurmağa və ya genişləndirməyə imkan yaratmaq üçün kəndli mikrosahibkarların imkanlarını gücləndirmək olmuşdur.
Layihənin 30 aylıq müddətində 510 nəfər Maliyyə Savadlılığı təlimlərində iştirak edərək maliyyə vəsaitlərinin idarəedilməsində bilik və bacarıqlarını gücləndirmiş, 159 nəfər “Öz biznesinə başla və onu inkişaf etdir” təlimlərində iştirak edərək şəxsi bizneslərinə aid biznes planlar tərtib etmiş, 50 nəfər Kooperativlərin yaradılmasına dair təlimlərdə iştirak etmiş və nəticədə 3 kooperativ yaradılmış, 113 sahibkar yeni biznesə başlamaq və yaxud mövcud biznesi genişləndirmək üçün sərmayə kapitalı ilə təmin olunmuşdurlar.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 16 saat sonra
-
40 d. əvvəl
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb ®
-
46 d. əvvəl
Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident: "Artıq göstəriş verildi, əməkhaqqı, pensiyalar, müavinətlər qaldırılacaq"
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının ehtiyatları tarixi yüksək səviyyələrdə - YENİ RƏQƏM
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanda kütləvi pambıq yığımına başlanılıb
Oktyabrın 3-də gözlənilən hava şəraiti - LEYSAN GÖZLƏNİLİR
Ən çox oxunanlar
Pul bazası yeni yüksək səviyyədə – 24,8 milyard manat





























