1500 manat qrant ilə biznesini böyüdən gəncəli xanım – “SİFARİŞLƏR 2 DƏFƏYƏDƏK ÇOXALDI”
Gəncəli rəssam Sona Məhərrəmova və onun kiçik biznesdə ilk təcrübəsiDekorativ-tətbiqi sənət ustası Sona Məhərrəmova, Gəncədə rəssam ailəsində böyüyüb boya-başa çatıb. Gənc yaşına baxmayaraq o, incəsənətdə, əsasən, şüşə üzərində rəsm sənətində böyük yaradıcılıq və tədris təcrübəsinə malikdir.
Marja-nın məlumatına görə, Sona Məhərrəmova ölkəmizdə keçirilən 100-dən çox sərgidə, həmçinin çoxsaylı müsabiqələr və layihələrdə iştirak etmişdir. 2015-ci ildə o, Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən “İlin Mədəniyyət işçisi” elan edilmiş, 2017-ci ildə isə Azərbaycan Rəssamlar İttifaqının “Dekorativ Tətbiqi Sənət” bölməsinin üzvlük vəsiqəsini almışdır.
Sona Məhərrəmova 8 ildir ki, Gəncə Gənclər Evində dərs deyir və tələbələri ilə birlikdə olduqca maraqlı sənət əsərləri yaradır. Buna baxmayaraq, qəhrəmanımız özəl biznesini yarada bilmirdi, halbuki bu fikir onu daim düşündürürdü.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi Sona xanıma bu yolda ilk addımını atmağa kömək etdi. Layihə haqqında öyrənən gənc sənətkar öz gücünü sınamaq fikrinə düşdü.
Layihə çərçivəsində müxtəlif tədbirlərdə iştirak edərək Sona Məhərrəmova kiçik biznesin yaradılması üzrə biznes-planını təqdim edir və münsiflərin rəğbətini qazanıb, biznesə başlamaq üçün qrant alır və həmin vəsaitə ilk növbədə xanım sənətkar şüşə üzərində rəsm əsərlərini yaratmaq üçün qab-qacaq (armudu stəkan, çayniklər) və xüsusi boyalar əldə edir. Daha sonra o, layihə çərçivəsində keçirilən müsabiqədə, “Gənc sahibkar” nominasiyasında da qalib olur.
Bu gün Sona xanım “Handmade Glass” onlayn-səhifəsini yaradaraq, işlərini təqdim edib, sifarişlər qəbul edir. O həmçinin, Layihənin yaratdığı e-sergi.az platformasında da öz əl işlərini nümayiş etdirir.
“Maliyyə savadı, biznes planın yazılması, özəl kiçik biznesin yaradılması – əvvəllər, bu anlayışlardan olduqca uzaq idim. Düşünürdüm, axı, bütün bunların incəsənətə heç bir aidiyyatı yoxdur. Zaman keçdikcə isə anladım ki, müstəqil gəlir mənbəyinə sahib olmaq istəyirəm. Amma yenə də necə və nədən başlayacağımı bilmirdim”, - Sona Məhərrəmova xatirələrini bizimlə bölüşür.
“AMFA-nın mütəxəssislərinin sayəsində biznes təşəbbüsümü irəli sürərək, sevib-seçdiyim sənəti geniş auditoriyaya təqdim edə bildim. Sifarişlərim, demək olar, iki dəfəyədək çoxaldı. Əlavə gəlir mənbəyim isə özümə güvənimi daha da artırdı. Mənim üçün bu, layihədəki iştirakımın çox mühüm nəticəsidir”, - deyərək xanım sənətkar davam edir.
Əvvəllər Sonanın əl işləri sərgidən sərgiyə öz alıcısını tapırdısa, onlayn satışlar onun bazara çıxış yollarını xeyli genişləndirib və daimiləşdirib. Sona deyir ki, hətta olduqca ağır keçən 2020-ci ildə koronavirus pandemiyasına görə incəsənət sahəsində tədbirlərin, demək olar ki, heç keçirilmədiyi bir vaxtda o, onlayn səhifəsi vasitəsi ilə çoxsaylı əsərlərini sata bilmişdir. Digər tərəfdən, Gəncədəki sənətsevərlər üçün sevimli sənətkarın maraqlı bir əl işini seçmək və qapılarına çatdırılmaqla əldə etmək daha asan və rahat olmuşdur.
Bu gün Sona Məhərrəmova, mövcud tendensiyaları izləyərək, onları öz sənət əsərlərində əks edir. Belə ki, Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsindən ruhlanaraq, Sona dahi şair və mütəfəkkirin əsərlərindəki süjetləri öz işlərində geniş istifadə edir.
“Ölkəmizdə zəngin çay süfrəsi ənənələrindən ilhamlanıb, üzərində işlədiyim armudu stəkanlar dəstini böyük Nizaminin və onun ölməz əsərlərindəki obrazlara həsr etmək fikrinə düşdüm”, - bu sözləri Sona Məhərrəmova sevinc və fərəh hissi ilə söyləyir.
Xanımın dediyinə görə, sözügedən layihədə iştirak edərkən o, daha bir vacib məqamı anladı – əgər sənətsevərləri maraqlandırmaq istəyirsənsə, əsərlərinin gözəl və düzgün təqdim edilməsinə, hətta qablaşdırma kimi kiçik xırdalıqlara fikir verməlisən. Hal-hazırda qəhrəmanımız bu əhəmiyyətli məsələ üzərində işini davam edir.
Gəlirin istənilən fəaliyyət növünün vacib bir hissəsi olmasına baxmayaraq, Sona həyatlarını yaradıcılığa həsr etmək istəyən tələbələrinə məsləhət görür ki, onlar ilk növbədə sənətə sevgi ilə yanaşıb, diqqətlərini bacarıqlarının inkişafına yönəltsinlər.
“Fikrimcə, incəsənəti sevmək, ona ürəklə yanaşmaq lazımdır, məhz bu təqdirdə zəhmətinin bəhrəsini görə bilərsən”, - Sona xanım buna əmindir.
“Azərbaycan Regionlarında Dayanıqlı Mikrosahibkarlığın İnkişafının Sürətləndirilməsi” (ADSMİRRA) Layihəsi AMFA tərəfindən 2018-2021-ci illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında həyata keçirilmişdir. Layihə regionlarda mikro və kiçik sahibkarların potensialını gücləndirmək məqsədini daşıyaraq, maliyyə savadlılığı, biznes planlaşdırması və kooperativlər üçün təlimləri, mentorluq xidmətlərini, biznes qurmaq və ya genişləndirmək üçün sərmayə kapitalının verilməsini və s. komponentləri özündə cəmləşdirmişdir. Ümumiyyətlə, pandemiyanın yaratdığı çətinliklərə rəğmən, Layihə 37 startapın başlanmasına, 65 mikro biznesin genişdirilməsinə və əlavə olaraq 72 yeni iş yerinin yaradılmasına nail olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 gün sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir keçirib
-
13 saat əvvəl
“Bolmart” fəaliyyətini dayandırdı" xəbərinə şəbəkənin rəhbərliyindən reaksiya
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
14 saat əvvəl
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
-
14 saat əvvəl
Texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq
-
14 saat əvvəl
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
-
14 saat əvvəl
Azərbaycanda Belarusun lift şirkətinin lokal istehsalı genişləndiriləcək
-
14 saat əvvəl
Biletlər sabah satışa çıxarılır - Qiymətlər 10 - 1000 manat civarındadır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
-
15 saat əvvəl
Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Son Xəbərlər
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Bakıda taxtalar yığılan ərazidə yanğın
“Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub
“Xəyal Adası” mənfəəti xəyal edir
Bankların kredit portfelinin artım tempi sürətlənib
Dövlət şirkətində 133 milyon manatdan çox zərər yığılıb
Bu sərgi Azərbaycanda ilk dəfə təşkil ediləcək
Hongqi avtomobillərinin Rusiyada yığılması planlaşdırılır
BOKT-ların xalis mənfəəti 2,5 dəfə azalıb

























.jpg)


