Çin-Özbəkistan vaksininin təqdimatı olub
Özbəkistan parlamenti - Ali Məclisdə ZF-UZ-VAC 2001 adını alan Çin-Özbəkistan vaksininin təqdimatı keçirilib.
Təqdimatda Özbəkistan innovativ inkişaf nazirinin birinci müavini Şahla Turdikulova bildirib ki, Çin həmkarları ilə birgə yaradılan, ZF-UZ-VAC 2001 brend adı alan vaksin ən effektli preparatlardan sayılır və bu vaksinin klinik təcrübələri də bunu deməyə əsas verir. Onun sözlərinə görə vaksinin sınaqları əvvəlcə Çində olub.
Artıq Özbəkistanda 7 min nəfərə peyvəndin birinci, 3900 nəfərə isə ikinci dozası vurulub. Mütəxəssislər nəticədə vaksinin təhlükəsizliyinin 99 faiz olduğu qənaətinə gəliblər. Vaksinin zərərli təsirləri demək olar ki, yoxdur.
Xatırladırıq ki, Özbəkistanda vaksinasiya martın əvvəllərində başlayacaq və bu dərmandan başqa ölkə “Sputnik V" , “Pfizer-BioNTech” (Amerika Birləşmiş Ştatları-Almaniya) və COVAX proqramı çərçivəsində “AstraZeneca” (İngiltərə-İsveçrə) vaksinlərini sifariş edib.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
9 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
9 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
10 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
10 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
11 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır

























