Ötən il Sahibkarlığın İnkişafı Fondun 10-a yaxın şəxsi məhkəməyə verib – BORCLARI ÖDƏMİRLƏR
Sahibkarlığın İnkişafı Fondun tərəfindən 2020-ci il ərzində “Atabank” ASC-yə, “Para” BOKT ASC-yə, “Fim Finans Kredit İttifaqı” MMC-yə, “Aqroinvest Kredit İttifaqı” MMC-yə, “Yüksəliş Kİ” MMC-yə, “Azəri Finans” MMC-yə, “A.F.S Kredit İttifaqı” MMC-yə, Rəsul Rəşidzadə və ortaqları tam ortaqlıq “TAC” Kredit İttifaqına, “Kömək Kİ” MMC-yə qarşı borc tələbinə dair iddia ərizələri üzrə qaldırılmışdır.
Marja Fonda istinadən xəbər verir ki, iddia ərizələri əsasında kommersiya işləri ilə əlaqədar aidiyyəti məhkəmə orqanlarında Fondun qanuni-hüquqi maraqları qorunaraq, müvafiq məhkəmə qərarlarının çıxarılması təmin edilmişdir. “Atabank” ASC-nin ləğvi ilə əlaqədar qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə prosesi üzrə icraata xitam verilmişdir.
“Ağan Kredit İttifaqı” MMC-dən, “Şahsevən” Kredit İttifaqı MMC-dən, “Kömək Kredit İttifaqı” MMC-dən və “Ləman” Məhdud Məsuliyyətli Kredit İttifaqından borcun tutularaq ödənilməsi barədə çıxarılmış məhkəmə qətnamələrinin icra vəziyyəti barədə məlumatların təqdim edilməsi barədə müvafiq olaraq İmişli, Beyləqan, Füzuli və Ağsu rayon İcra və Probasiya şöbələrinə sorğular göndərilmiş, icra tədbirlərinin izlənilməsi məqsədilə onlarla mütəmadi telefon əlaqəsi saxlanılmışdır.
“GəncəBank” ASC-nin, “Azəri Finans” MMC-nin, “Şahsevən” Kİ MMC-nin və “Ağan” Kİ MMC-nin rəhbər vəzifəli şəxsləri barədə vəzifədən sui-istifadə, vəzifə saxtakarlığı, eləcə də güzəştli kredit əldə edərək təyinatı üzrə istifadə etməmiş sahibkarlıq subyektləri Xankişiyev Oqtay İsbəndiyar oğlu, Həsənova Tahirə Musa qızı (həyat yoldaşı Zakir Həsənov) barədə açılmış cinayət işləri üzrə müvafiq məhkəmə instansiyalarında keçirilmiş məhkəmə proseslərində zərərçəkmiş şəxs qismində iştirak edilərək Fondun qanuni-hüquqi maraqlarının qorunması təmin edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























