Dövlət Turizm Agentliyi xəbərdarlıq etdi
"Qaydalara əməl etməyən hotellər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək və cərimələr tətbiq olunacaqdır”.Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar turizm sənayesinə müraciət edib.
Müraciətdə deyilir:
Bildiyiniz kimi, koronavirusun yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 18 yanvar 2021-ci il tarixindən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi müəyyən qədər yumşaldılıb.
Yumşaldılma çərçivəsində məhdudiyyətlərin bir qisminin, o cümlədən “SMS” icazə sisteminin ləğv olunması, 25 yanvar tarixindən şəhərlərarası və rayonlararası hərəkətin bərpa olunması, xüsusilə, regionlarda yerləşən hotellərdə canlanma yaradıb.
Əlbəttə, turizmdə canlanmanın yaranması sevindirici haldır. Ancaq unutmaq lazım deyil ki, bütün dünyada, eləcə də Azərbaycanda xüsusi karantin rejimi davam edir və virusun sürətlə yayılma təhlükəsi xoşagəlməz nəticələr verə bilir.
Bunu nəzərə alaraq, istirahət üçün hotellərə üz tutan vətəndaşları, həmçinin hotellərin işçi heyətini pandemiya ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırırıq.
Bildiririk ki, təhlükəsizlik məqsədilə xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, tibbi maska və digər qoruyucu vasitələrdən, həmçinin dezinfeksiyaedici məhlullardan istifadə zəruridir. Eləcə də bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarına əsasən bu qaydaların tələblərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə Dövlət Turizm Agentliyi, adiyyəti dövlət qurumları və yerli icra hakimiyyəti orqanları tərəfindən hotellərdə monitorinqlər davam etdirilir.
Qaydalara əməl etməyən hotellər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək və cərimələr tətbiq olunacaqdır”.
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
- 16 d. əvvəl
-
18 d. əvvəl
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
-
51 d. əvvəl
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
“Mərkəzi Azəri”də hasilat 11 gün müddətinə azaldılacaq
Ən çox oxunanlar
Paytaxtın restoran bazarına yeni iddialı brend gəlir
Marketlər şəbəkəsi 100-cü mağazasını açmağa hazırlaşır
"Gübrə qiymətləri 2028-ci ilədək yüksək qala bilər"
Dövlət Şəkidə 2 milyon manatlıq əmlak kompleksini satışa çıxardı
Azərbaycanda daha 10 startap 3 il vergidən azad edildi - ADLARI






















