Torpaqların üst münbit qatı müxtəlif ərazilərə daşınır
Əmlak Məsələləri Dövlət Komitəsinin keçirtdiyi monitorinqlər kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması halları ilə bağlı olub.
Qobustanda keçirilən monitorinq komitənin müffətişləri və hüququ mühafizə orqanlarının birgə əməkdaşlığı ilə baş tutub. Bu monitorinqlər zamanı bir neçə ərazilərdən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması aşkar edilib. Bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb. Bunun qarşısının alınması məqsədi ilə, komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirtdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.
Qeyd edilməlidir ki, belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600 manatdan 1000 manatadək, vəzifəli şəxsləri 2000 manatdan 3000 manatadək, hüquqi şəxsləri isə 6000 manatdan 8000 manatadək cərimə gözləyir.
Məlumat üçün bildirilməlidir ki. torpaqlaırn münbit qatının daşınması hallarına respublikanın Şamaxı, Qobustan, İsmayıllı, Xızı rayonlarının ərazisində, eləcə də cənub bölgəsində daha çox rast gəlinib. Belə halların qarşısının alınması ilə bağlı da respublikanın müxtəlif bölgələrində davamlı monitorinqlər keçirilir.
Ümumilikdə, bu istiqamətdə aparılan reydlər nəticəsində 50-dən artıq torpağın münbit qatının daşınması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, aşkar edilən qanun pozuntuları ilə bağlı inzibati protokollar tərtib edilib, torpaqların üst münbit qatının daşıyan avtomobillər aidiyyəti rayonların polis şöbələrinə tədbir görülməsi üçün təhvil verilib.
Torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması bir sıra mənfi fəsadlara səbəb olur. Belə ki, bu hal torpaqların yüz illər ərzində formalaşan üst münbit qatının korlanmasına, torpaq kütləsi götürülməklə yararsız hala düşməsinə, ona bitişik torpaq sahələrinin eroziyaya uğramasına, maili ərazilərdə sürüşmə prosesinin yaranmasına səbəb olur. Torpaqlardan heç bir hüquqi əsas olmadan qeyri-qanuni istifadə halları, habelə təyinatına zidd istifadəsi torpağın iqtisadi gəlirliliyini və səmərəsini azaldır.
Qeyd edilməlidir ki, bütün bu tədbirlərin məqsədi torpaqlardan istifadədə səmərəliliyin təmin edilməsi, bn sahədə qanuna zidd hərəkətlərin müəyyən edilərək qarşısının alınması, torpağın yararlılığını qoruyub saxlamaqdır.
Əmlak Məsələləri Dövlət Komitəsi bu istiqamətdə işləri gücləndirilmiş rejimdə davam etdirəcək. Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı torpaq müfəttişləri tərəfindən mütəmadi monitorinqləri və torpaq reydləri aparılacaq. Bundan başqa komitə bu sahədə qanuna zidd hərəkətlərinin azaldılması və qarşısının alınması məqsədilə maarifləndirici, təbliğat işlərini də genişləndirəcək.
Müştərilərin xəbərləri
“Bizim məqsədimiz sadəcə məhsul satmaq deyil, Azərbaycanın premium hədiyyə brendini yaratmaqdır” – "Anjeer"in həmtəsisçiləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 həftə sonra
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
- 1 həftə sonra
-
-
47 d. əvvəl
İllik 15% gəlir təklif edən istiqrazların ticarətə buraxılması üçün qərar qəbul edilib
- 59 d. əvvəl
-
1 saat əvvəl
10 iyulda BOKT-ın 2 milyon manatlıq istiqrazları üzrə hərrac keçiriləcək
-
1 saat əvvəl
Bank of Baku-nun 5 əsas departamentinə direktorlar təyin olunub - ADLARI
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kredit Evi” ASC-nin 50 faizinə sahib olan səhmdarlarından biri dəyişib
-
1 saat əvvəl
Xocalının Malıbəyli kəndində torpaq icarəsi üçün müraciətlər açıldı
-
1 saat əvvəl
Təhlükəsizlik kamerası sizi nə qədər qoruyur? - Risklər, həll yolları
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azər Türk Bank istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
Pul lazımdır? - 500 MANAT ÜÇÜN AYDA 25 MANAT ÖDƏ ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Xocalının Malıbəyli kəndində torpaq icarəsi üçün müraciətlər açıldı
Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ödənişsiz şatllar fəaliyyətə başlayıb



























