Yüksək məhsuldarlığa malik, xəstəliyə davamlı toxumlar satılır

Əkin dövrünün başlanması ilə əlaqədar “NPC Agro” şirkəti əsas xidmətlərinə endirim elan edir.
Yalnız bir ay (29 mart – 29 aprel) davam edəcək kampaniya toxum satışını (qarğıdalı və soya), torpaq və su analizini və əkin planının hazırlanmasını əhatə edir.
TORPAQ ANALİZİ
Torpaq nümunələri Azot, Fosfor, Potasyum, Üzvi maddə (humus), pH (turşuluğu və qələviliyi), Eleketrik keçirciliyi, Duzlar, Saturasiya üzrə analiz edilir və bu xidmətin qiyməti cəmi 49 AZN müəyyən olunub. Hər bir hektara tövsiyə olunan nümunə sayı ikidir. Nümunələrin götürülməsi ilə bağlı məlumatı sizə göndəririk.
ƏKİN PLANININ HAZIRLANMASI
Yeni bir bitki sınaqdan keçirmək və ya əkininizi professional mütəxəssisin məsləhəti əsasında həyata keçirmək istəyirsiniz? “NPC Agro” komandası sizin üçün əkin planı hazırlayır.
Əkinə hazırlıq, toxum seçimi və səpini, suvarma, gübrələmə, xəstəlik və zərərvericilərlə mübarizə, biçin vaxtının təyini kimi məsələləri sizə uyğun şəkildə tənzimləyir. Əgər hər hansı bir risk yaranarsa bu halda bizim ödənişsiz təcili zəng ximətimizdən yararlana və problemi aradan qaldırmaq üçün məsləhət ala bilərsiniz. Bu xidmətin qiyməti sadəcə 29 AZN-dir.
QARĞIDALI TOXUMU
Toxumlar istənilən iqlim şəraitində yüksək məhsuldarlığa malik, xəstəliyə davamlı növlərdir. Türkiyə istehsalı olan toxumlar Azərbaycanın dağ və düzən landşaftlarında sınağdan keçirilmişdir. Ümumiyyətlə qarğıdalı bitkisi üçün ən ideal əkin dövrü 15-20 Aprel arası tarixlər hesab olunur. Su problemi, şoranlıq yüksək olmayan hər yerdə əkilə bilər. Paçankada gübrələmə və suvarma normasında olsa 800-ə qədər məhsul almaq mümkündür. 1000 dənin çəkisi 320-380 qram arasında dəyişir. 1 hektar torpağa düşən toxumun qiyməti (78.000 ədəd) 250 AZN-dir, 5 hektardan artıq əkinlərdə aqronom xidməti pulsuz olur.
AQRONOM PAKETİ
Paketi əldə etdikdə “NPC Agro” ən yaxşı azərbaycanlı və türk aqronom mütəxəssis heyəti ilə biznesinizin inkişafı üçün sizə xidmət göstərəcəkdir.
Hazırlıq prosesindən biçin müddətinə qədər fərdi cədvəl üzrə aqronomlar mütəmadi olaraq ərazinizə baxış keçirəcək və məsləhət verəcəkdir. Məsləhətimiz torpaq hazırlığı, toxum seçimi, suvarma, xəstəliklərlə mübarizə, yığım zamanının təyini və başqa məsələləri əhatə edir. Ən əsası isə siz burada böyük məbləğ ödəmək məcburiyyətində qalmırsınız. Xidmət paketindən həm açıq, həm də qapalı (parnik) şəaritində məhsul yetişdirən sahibkarlar yararlana bilər.
Zəng edin 051 311 00 55
Müştərilərin xəbərləri

"Prime Cotton"dan Azərbaycanda bir ilk - Pima pambıqdan bazarda 3 dəfə yüksək qiymətə satılan iplik istehsal etdi
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib - 92 yeni avtobus
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Samsung şirkəti Tesla üçün çiplər istehsal edəcək - 16,5 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ
- 8 saat əvvəl
-
9 saat əvvəl
Haker hücumu nəticəsində "Aeroflot"un fəaliyyəti iflic olub, cinayət işi başlanıb
Son Xəbərlər

Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib - 92 yeni avtobus

Sentyabrın sonunadək Bakıya 200 yeni avtobus gətiriləcək

"Azər-Türk Bank"ın səhmlərinin SOCAR-a ötürülməsi yekunlaşıb

Həyat sığortası sadəcə böyüklər üçün deyil!

"Bu, Serbiyaya Azərbaycan qazı almağa imkan verəcək"

Samsung şirkəti Tesla üçün çiplər istehsal edəcək - 16,5 MİLYARD DOLLARLIQ MÜQAVİLƏ

Azərbaycanda Komplayens Assosiasiyası yaradıldı
Ən çox oxunanlar

Sabahın hava proqnozu açıqlanıb

Mərkəzi Bank emissiya prospektləri ilə bağlı təlimatlar hazırlayıb

2025-ci ildə “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin əksəriyyəti mikro sahibkarlardır
