PAŞA Sığortadan COVID-19 təminatlı yeni “COVID Yardım” tibbi sığorta məhsulu! - QİYMƏTLƏR
(®️) Gözlənilmədən ortaya çıxan bütün situasiyalara çevik şəkildə uyğunlaşan və hər zaman müştərilərin ehtiyac duyduğu məhsulları təqdim edən PAŞA Sığorta, gərgin keçən pandemiya dövründə həm fərdi, həm də korporativ müştərilərin əldə edə biləcəyi “COVID Yardım” adlı yeni tibbi sığorta məhsulunu təqdim edir. Münasib qiymətlə təklif edilən məhsul sayəsində şirkət tibbi sığorta bazarındakı xidmətində fərq yaratmağa davam edəcək.
“COVID Yardım” məhsulu müştəri seçimindən asılı olaraq, 6 ay və 1 il müddətinə təklif edilir. Fərdi müştərilərimiz üçün məhsul üzrə sığorta haqqı, təminat müddətindən asılı olaraq, müvafiq şəkildə 159 AZN və 209 AZN təşkil edir.
Tibbi göstərişlərə əsasən, səhhətində koronavirus göstəricilərini və əlamətlərini hiss edərək müraciət edən sığortalı müştəriyə dianostika üçün COVID-19 PZR testi (analiz burun-boğazdan yaxma üsulu ilə götürülür), COVID-19 İgM, COVID-19 İgG müayinələri və həkim göstərişinə, əsasən, ağciyərlərin kompüter tomoqrafiyası (KT) müayinəsi tətbiq edilir.
Məhsul haqqında ətraflı məlumat, həmçinin, müraciət üçün *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bundan əlavə, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (https://www.facebook.com/pasha.insurance/) və Instagram səhifələrinə yazmaqla da müraciət etmək mümkündür.
PAŞA Sığortanın sağlamlığınızın qayğısına qalacaq yeni məhsulu ilə virusa qarşı “neqativ” olun!
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 11 saat əvvəl
-
13 saat əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
13 saat əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 17 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























