Son 7 ayda bank işçilərinin sayı 1300 nəfərdən çox azalıb
2020-ci ilin Oktyabr ayında Bank sektorunda işləyənlərin sayı 19 nəfər azalıb.
Marja Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bank işçilərinin sayı 31 Oktyabr 2020-ci il tarixində 18 min 536 nəfər təşkil edib. Bu say Sentyabr ayının sonunda 18 min 555 nəfər idi.
Ötən ilin sonu ilə müqayisədə bank işçilərinin sayı 924 nəfər, son 7 ayda isə 1310 nəfər azalıb. Belə ki, 31 Dekabr 2019-cu il tarixində bank işçilərinin sayı 19 min 460 nəfər, 31 Mart 2020-ci il tarixində isə 19 min 846 nəfər idi.
Bu il Azərbaycanda 4 bankın lisenziyasının ləğv edilməsi işçilərin ixtisarına da səbəb olub.
Qeyd edək ki, 2020-ci ilin 10 ayı ərzində bankların filiallarının sayı 65 azalaraq 444-ə, şöbələrinin sayı isə 17 azalaraq 116-ya geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
12 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
12 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
13 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
14 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
14 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























