Rusiya "ən aktual məsələlər" üçün Azərbaycana heyət göndərəcək
Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda humanitar missiya ilə bağlı müşavirə keçirib.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, müşavirədə baş nazirin müavini Aleksandr Novak, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeni Ziniçev, maliyyə naziri Anton Siluanov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov və Dağlıq Qarabağdakı Rusiya Sülhməramlı Qoşunlarının komandanı Rüstəm Muradov iştirak ediblər.
Putin çıxışında bu cür münaqişələrin, onlaırn nizamlanmasının xüsusi dəyər daşıdığını, xüsusi əhəmiyyətə malik olduğunu və onların vacib rol oynadığını bildirib: “Bizim üçün bunlar boş sözlər deyil. Demək istəyirəm ki, Rusiyanın özündə milyonlarla erməni və azərbaycanlılar yaşayır. Bizi bu respublikalarla heç bir şişirtmə olmadan çoxəsrlik əlaqələr bağlayır. Bunun bizim üçün həm də daxili siyasi ölçüsü var və daxili təhlükəsizlik və siyasət baxımından böyük maraq doğurur. MDB istiqaməti Rusiya üçün xarici siyasətdə prioritetdir. Bu, hamı üçün aydın məsələdir. Bu, həm də iqtisati nöqteyi-nəzərdən çox vacibdir.
Hamımız bilirik ki, bizi bu respublikalarla xüsusi münasibətlər bağlayır. Bu dərin kooperasiya, əməkdaşlıqdır. MDB trekində bu fövqəladə vacib istiqamətin bütün tərkibini saymayacam. Noyabrın 13-dəki görüşdə dediyim kimi, hazırda hərbi əməliyyatlardan əziyyət çəkən bu regionun sakinlərinə yardım, dəstək prioritet istiqamətdir.
Mövcud problemlərin həlli üçün Qurumlararası Humanitar Mərkəz yaradılır. Bilirəm ki, Mərkəzin qarşısında duran vəzifələri nəzərə alaraq, hazırda onun ixtisaslaşmış bölmələri yaradılır. Fürsətdən istifadə edib, Rusiya sülhməramlılarının dəqiq və yaxşı koordinasiya edilmiş işlərini vurğulamaq istəyirəm. Operativ şəkildə minalardan təmizlənmə regionda yaxşı və etibarlı əlaqənin qurulmasına imkan verib. Sülhməramlı qoşunlarımızın yerləşdirilməsi isə qan tökülməsini dayandırıb. Bizim hərbçilər hər iki tərəfdən riayət olunan atəşkəs rejiminə effektli nəzarət həyata keçirirlər. Vəziyyət ümumilikdə stabilləşib.
Bundan başqa, Rusiya hərbçiləri qaçqınları müşayiət edir, binaları, yolları və sosial obyektləri normal, təhlükəsiz vəziyyətə gətirir, humanitar yardım karvanlarının təhlükəsizliyini təmin edir.
Xüsusi ilə qeyd edirəm ki, bizim bütün humanitar səylərimiz, köməyimiz Azərbaycan və erməni xalqlarının rifahına olmalıdır.
Bilirsiz ki, mən Azərbaycandan və Ermənistandan olan həmkarlarımla daim təmasdayam. Hər iki liderlə razılaşmışıq ki, yaxın vaxtlarda Ermənistana və Azərbaycana Rusiya Qurumlararası Mərkəzin nümayəndə heyəti göndəriləcək, hansıların ki, tərkibində bir sıra nazirlik və qurumların rəhbərləri olacaq. Onun vəzifəsi 9 noyabr üçtərəfli bəyanatının reallaşdırılmasının ən aktual məsələlərini nəzərdən keçirməkdir. Əlbəttə ki, bura humanitar probemlər də daxildir. Ümid edirəm ki, qarşıdan gələn məsləhətləşmələr bu istiqamətlərdə ciddi irəliləyişə kömək edəcək”.
Rusiya Prezidenti Beynəlxalq Qırmızı Xaç Komitəsinin regiondakı vəziyyətindən də danışıb. Bildirib ki, BQXK nümunəsindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi, Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Qida Proqramı və BMT-nin Minalardan Təmizləmə Xidməti kimi digər beynəlxalq qurumların nümayəndələrinin də yararlanması vacibdir: “Münaqişədən sonrakı yenidənqurma mərhələsinə yaxınlaşdığımız sonrakı mərhələlərdə BMT-nin İnkişaf Proqramı da öz müsbət rolunu oynamalıdır. Həm Azərbaycan, həm də erməni tarixi abidələrinin və dini məbədlərinin qorunması haqqında xüsusi danışmaq istəyirəm. Bu məsələ əxlaqi və bəşəri ölçüyə malikdir. İnanıram ki, burada YUNESKO-nun iştirakı daha çox tələb olunur.
Bütün humanitar səylərimiz və ixtisaslaşmış beynəlxalq strukturların fəal iştirakı, Dağlıq Qarabağ probleminin bundan sonra etibarlı və uzunmüddətli siyasi həllinə kömək edəcəkdir. Bu əsasda ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarla əməkdaşlığımızı qurmağa davam edəcəyik. Mən artıq bizim ümumi səylərimizə qiymət verdim. Ümid edirəm ki, işimiz davam edəcək”.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
4 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
4 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
4 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
-
5 saat əvvəl
Auditorlar Palatasında struktur dəyişikliyi olub, bir neçə şöbə ləğv edilib
-
5 saat əvvəl
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma.
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN
Nərgiz Əliyeva: “Daxili audit sadəcə yoxlama deyil”
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!






.jpg)















.jpg)


