“Baku Steel Construction”ın səhmdarlarının yığıncağı keçiriləcək
Dekabrın 30-da, saat 15:00-da “Baku Steel Construction” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq müəssisənin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, 53 ünvanında olacaq.
Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin nizamnaməsinin yeni redaksiyada və ötənilki maliyyə-təsərüffat fəaliyyətinin nəticələrinin təsdiq edilməsi, balansında olan əsas vəsaitlərin silinməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Baku Steel Construction” 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,5 milyon manatdır.
1969-cu ildən fəaliyyətə başlayan "Baku Steel Construction" ASC yarandığı gündən bu yana Qafqaz regionunda fasonlu tökmələr istehsal edən yeganə zavoddur. Əsasən yüksək təzyiq altında işləyən neft, maşın qayırma avadanlıqlarının və sənayenin digər sahələrində istifadə olunan texnoloji mexanizmlərin hissələrinin tökmə istehsalı üzrə ixtisaslaşıb. Şirkət "Baku Steel Company" qrupuna daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
10 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
11 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
11 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
12 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
12 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























