Respublikamızda yeganə kolxozda məhsul yığımı davam edir
İsmayıllı rayonunda iri üzümçülük təsərrüfatının olduğu Nikitin adına kolxozda məhsul yığımı davam edir.
Respublikamızda yeganə kolxozdur ki, bu təsərrüfat İvanovka kəndinin bazasında fəaliyyət göstərir. Burada əsasən malakanlar, ləzgilər bir yerdə, çiyin-çiyinə çalışırlar. Kolxozun 290 hektar üzüm bağı var. Plantasiyalarda əsasən yerli sort olan “Mədrəsə” texniki sortu yetişdirilir. Bu mövsümdə də sahələrdən bol məhsul gözlənilir. İlk günlərdən yığıma 60 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Hələlik 100 tondan artıq üzüm yığılıb. Toplanan məhsul birbaşa şərab zavodlarına göndərilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda və ətraf rayonlarda Ermənistan ordusuna qarşı keçirdiyi əks-hücum əməliyyatı, qazanılan uğurlar ivanovkalıları da sevindirir. Ordumuzun, Prezident, Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarını, bir azərbaycanlı kimi Vətənin hər bir çağırışına hazır olduqlarını bildirən İvanovka sakinləri Ermənistan ordusunun, hətta cəbhədən kənar ərazilərdə yaşayış məntəqələrini, dinc əhalini hədəfə almasından hiddətləndiklərini söyləyiblər.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























