Çəltikçilər bol məhsul əldə edəcəklərini bildirirlər
Masallı rayonunda fermerlər bir neçə gündür çəltik sahələrində biçin kampaniyasına başlayıblar. Ötən il rayonda hər hektardan orta hesabla 4 ton 500 kiloqram çəltik götürülmüşdü. Bu il isə bu rəqəmin 20 faiz artacağı proqnozlaşdırılır.
Məhsuldarlığı və gəlirliliyi ilə seçilən çəltikçilik Masallıda ənənəvi təsərrüfat sahələrindən biridir. Ağır əl əməyi tələb edən bu təsərrüfat sahəsi uzun müddət rayonda tənəzzül dövrünü yaşayıb. Məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi - fermerlərə subsidiyaların verilməsi, güzəştli qaydada gübrələrin və texnikaların satılması rayonda çəltikçiliyin dirçəldilməsi üçün geniş imkanlar açıb.
Bu barədə danışan fermer Teyyub Kərimov deyib: “Əvvəllər texnika yox idi, su problemi vardı, çəltik əkmək çox çətin başa gəlirdi. Bu gün isə dövlət dəstəyi sayəsində çəltikçilik inkişaf edir. Texnika baxımından da işimiz asanlaşıb. Kombaynlarla məhsulumuzu biçirik. Yəqin ki, hər hektara 7 ton “Apollo”, 5 ton “Haşimi” düyüsü götürərik”.
Bu il Masallı rayonunda 240 hektara yaxın çəltik əkini həyata keçirilib. Təsərrüfatçılar əsasən məhsuldar “Apollo”, “Okean” və “Haşimi” növlərinə daha çox üstünlük veriblər. Sahələrdə vaxtında lazımi aqrotexniki işlər görülüb, zərərvericilərə qarşı tədbirlər aparılıb. Bundan başqa çəltik əkini zamanı əkinçilər su sarıdan heç bir əziyyət çəkməyiblər.
“Üç ildir yaxşı məhsul götürürəm. İndi su problemimiz həll olunub. Subsidiyamızı vaxtında alırıq. Dövlətin biz fermerlərə qayğısı böyükdür. Dəstək olanda işlər də yolunda gedir. Rayona gəlirlər, maraqlanırlar bizimlə. Gözləyirəm, bu il 2 hektar sahədən 800 ton məhsul götürəcəyəm. Gələcəkdə fikirləşirəm ki, 2-3 hektar əlavə sahədə əkin aparım”, - deyə fermer Mozi Nurəliyev bildirib.
Masallı rayonunda çəltik əsasən Qızılağac, Xıl, Sərçuvar, Şıxlar, Tüklə kəndlərində əkilib. Artıq sahələrin xeyli hissəsində biçin başa çatdırılıb.
Masallı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisi Hasil Hüseynovun sözlərinə görə, ötən il rayonda 217 hektar sahədə çəltik əkini aparılmışdı. Bu il isə çəltik sahələri genişləndirilərək 240 hektara çatdırılıb: “Fermerlərə hər hektara görə 280 manat subsidiya verilir. 280 manatın müəyyən hissəsi gübrəyə ayrılır. Qalanı isə toxum almaq üçün nəzərdə tutulub. Əvvəllər toxumlar İrandan gətirilirdisə, bu il öz yerli toxumlarımızla əkin aparmışıq. Şükürlər olsun, məhsuldarlıq da boldur”.
Çəltikçilər bu il təsərrüfatlardan bol məhsul əldə edəcəklərini bildirirlər. Hava şəraiti imkan verərsə, rayonda çəltik biçini sentyabr ayının sonunadək yekunlaşacaq.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
12 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
12 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 12 saat əvvəl
-
13 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























