Vətəndaşlar turizim şirkətini dələduzluqda ittiham edir
“Avangard Travel” şirkətinin vətəndaşlara dələduzluq etdiyi iddia olunur.
Bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında vətəndaş Azad Cəlilov qeyd edib.
O bildirib ki, 2019-cu ildə Nərimanov Rayon Prokurorluğuna “Avangard Travel” şirkətinin təsisçisi Ədalət Nağıyev və şirkətin direktoru Yeganə Nağıyeva barəsində şikayətlə müraciət edib:
“Hər iki şəxs həmin vaxt mən və digərlərinə yalan vədlər verib, etibardan sui-istifadə edərək pullarımızı mənimsəyib. Ədalət Nağıyev və Yeganə Nağıyeva cinayət məsuliyyətinə cəlb olunmayıb. Daha sonra həmin şəxslər “Ayna Travel” şirkəti yaradıb. Sadəcə bu şirkətin direktoru dəyişib və yenə insanlara ziyan vurmaqda davam edirlər”.
Baş Prokurorluğun “Instagram” səhifəsinə yazan digər vətəndaşlar da qeyd edib ki, “Avangard Travel” şirkəti onların pullarını dələduzluq yolu ilə mənimsəyib.
Baş Prokurorluğun nümayəndəsi onlara cavab olaraq bildirib ki, A.Cəlilov və digərlərinin müraciətləri qeydiyyata alınıb və aidiyyəti idarəyə təqdim ediləcək: “Bu barədə sizə rəsmi məlumat veriləcək”.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
7 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti

























