İxracı azalıb, restoran və şadlıq evləri almır - QİYMƏT AŞAĞIDIR
Qarabağ-Aran regionunda fermerlər yazda əkilmiş soğanın yığımını davam etdirirlər.
Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev bölgə müxbirinə bildirib ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionunda, ümumilikdə, 1400 hektar sahədə payızlıq, 1200 hektarda isə yazlıq soğan əkilib. Payızda əkilən soğan aprel-may aylarında yığılıb. Yazda əkilən soğan isə avqust ayında yığılır.
V.Babayev deyib ki, artıq yazda əkilən soğan sahələrinin 20 faizində məhsul yığımı başa çatıb. "İşlərini xüsusi karantin rejiminin tələblərinə uyğun quran təsərrüfatçılar topladıqları məhsulu birbaşa sahələrdən satırlar. Yazda əkilən soğanı qışa saxlamaq mümkün olduğu üçün məhsulun bir qismi də anbarlara daşınır. Pandemiya ilə əlaqədar olaraq istehsal olunan soğanın xarici ölkələrə ixracı azalıb. Ölkə daxilində restoran və şadlıq evlərinin fəaliyyət göstərməməsi də satışa öz təsirini göstərir. Odur ki, soğanın qiyməti ötən illə müqayisədə aşağıdır. İstehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət əldə edərlər", - deyə o bildirib.
Uzun illərdir soğan istehsalı ilə məşğul olan Ağdam rayonu Qaradağlı kənd sakini İxtiyar Ağaməmmədovla sahədə həmsöhbət olduq. Soğan bitkisinin becərilməsinin çox zəhmət tələb etdiyini bildirən fermer deyib: "Soğan çox əziyyətlə başa gələn məhsuldur. Əkilməsindən məhsul yığımınadək gərək əziyyətin çəkəsən, “nazı” ilə oynayasan. Lakin necə deyərlər, halal zəhmətin bəhrəsi şirin olur. Bu gün çəkdiyimiz zəhmətin bəhrəsini götürürük. Məhsuldarlıqdan razıyıq. Qiymətlər isə keçən illə müqayisədə bir qədər ucuzdur. Sahədə soğanın bir kisəsi 7-7,5 manata, kiloqramı isə 20-25 qəpiyə satılır”.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
13 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























