İnvestoru yapon olan Azərbaycan şirkəti istehsalını genişləndirəcək
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Oğuz rayonunun Sincan kəndində fəaliyyət göstərən tütünçülük müəssisəsinin inkişaf perspektivlərinə və müəssisəyə əlavə dəstəyin göstərilməsi imkanlarına dair müzakirələr aparılıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun, “Oğuz Aqro İndustry” MMC-nin direktor müavini Namiq Ələsgərovun və müəssisənin Yaponiyadan olan investoru Muneçika Tanionun iştirakı ilə aparılmış müzakirələr zamanı müəssisənin fəaliyyətinin genişləndirilməsi və əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, layihə “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” çərçivəsində icra olunur. Xarici investisiya əsasında qurulmuş müəssisədə tütünün becərilməsi, tədarükü və qurudulması həyata keçirilir. Oğuz, Qəbələ və Tovuz rayonlarında yerləşən 210 hektar ərazidə tütün əkilib və məhsulun qurudulması üçün Avropa ölkələrindən 50 ədəd tam avtomatlaşdırılmış tütünqurutma kamerası gətirilib. 2020-ci ildə 2 min ton yaş tütün tədarük olunmaqla 800 tona yaxın hazır məhsul əldə olunması nəzərdə tutulur.
Layihəyə yaponiyalı investor tərəfindən 2,2 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Hazırda müəssisədə 150 nəfər daimi, 300-dən çox mövsimi işçi çalışır.
KOBİA müəssisənin qurulması və fəaliyyətinin genişləndirilməsi üçün dövlət və özəl qurumlarla əlaqələndirmə, sahibkarlığa göstərilən dövlət dəstəyi mexanizmlərindən istifadə istqamətlərində müəssisəyə dəstək və xidmətlər göstərib. Müəssisəyə investisiya təşviqi sənədi də verilib ki, bu müəssisəni 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.
Növbəti illərdə istehsalın genişləndirilməsi, Oğuz, Tovuz və Qəbələ rayonları ilə yanaşı, Şəki, Zaqatala, Qax, İsmayıllı, Masallı, Tovuz və Balakəndə də tütünçülük təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Bundan başqa, tütünçü fermerlərin maarifləndirilməsi üçün KOBİA ilə birgə təlimlərin keçirilməsi, turizm, kənd təsərrüfatı və müxtəlif istehsal sahələrinə maraq göstərən yaponiyalı investorların ölkəmizə səfərinin təşkili planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
13 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























