Azərbaycanda ilk dəfə dağ kombaynları istifadəyə verilib
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrolizinq" ASC ilk dəfə dağ kombaynlarını yerli fermerlərin istifadəsinə verib.
Bununla ölkəmiz həm də MDB məkanında ilkə imza atmış olub.
Xatırladaq ki, bu il Prezident İlham Əliyev dağlıq ərazilərdəki əkin sahələrində biçinin həyata keçirilməsi üçün yeni dağ kombaynlarının alınmasına vəsait ayırıb. Artıq "Aqrolizinq" 25 ədəd dağ kombaynı alaraq onlardan 6-nı ölkəyə gətirib. Kombaynlar bu gün çətin relyefli sahələrdə test edilib və fermerlərə təqdim olunub. Onlar Cəlilabad rayonunun Ləzran kəndində biçin işləri aparıb. Yardımlı və Lerik rayonlarında da bu kombaynlar çalışır.
Ölkəyə gətirilən yeni nəsil "New Holland TC 5.90 HİLLSIDE" kombaynlarının gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq. Kombaynın 6 000 lt. həcmli iri taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərə təmiz və bol məhsul yığmaya kömək edəcək. Biçinə aran rayonlarındakı arpa sahələrindən başlanılıb və proses, demək olar ki, yekunlaşıb. Hazırda dağ rayonlarında buğda biçini, eləcə də dağətəyi sahələrdə arpa biçini həyata keçirilir.
Dağ kombaynları Cəlilabad, Yardımlı və Lerik rayonlarında işlərini bitirdikdən sonra, digər dağlıq rayonlarda (biçinin gec başladığı Gədəbəy, Daşkəsən və s. rayonlarda) fermerlərə xidmət edəcək.
Xatırladaq ki, bu il Azərbaycan ərazisində (Naxçıvan MR istisna olmaqla) 974 min hektara yaxın taxıl sahəsi mövcuddur ki, bunun 614 min hektarı buğda, 360 min hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə ümumilikdə 1 700-dən çox taxılbiçən kombayn cəlb olunub, bunun 710-u “Aqrolizinq”ə məxsus, 990-ı isə fiziki şəxslərə və iri təsərrüfat sahiblərinə məxsusdur. Ötən ildə oluğu kimi, bu il də “Aqrolizinq” ilk olaraq 50 hektara qədər olan taxıl sahələrinin biçilməsinə dəstək verir. Biçin qiyməti ötən il olduğu kimi 1 hektar taxıl sahəsi üçün 38 manatdan çox deyil.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
13 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
13 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























