Rabitəbankdan yeni kampaniya - PULSUZ KARTMANE
(®️) “Rabitəbank” 27-ci fəaliyyət ili münasibətilə yeni kart əldə etmək istəyənləri sevindirəcək.
Kampaniya çərçivəsində yalnız 1 gün, yəni 30 iyun, “Rabitəbank” 27-ci yaşında 27 yaşı olan şəxslərə pulsuz Kartmane verəcək. Bu kampaniya yalnız rəqəmsal kanallarla Kartmane sifarişinə şamil olunur. Müştərilərinə rahat bankçılıq imkanları təqdim edən “Rabitəbank”ın üstünlüklərlə zəngin Kartmane kartını bankın rəsmi saytından, “Rabitabank Mobile” tətbiqindən və Teleqram&Mesencer üzərindən “RabitaBot” vasitəsilə sifariş etmək mümkündür. Həm debet, həm kredit kart seçimi olan Kartmanenin üstünlükləri nələrdir?
Özündə çoxlu sayda üstünlükləri toplayan unikal Kartmane kartı ilə müştərilərimiz dünyanın istənilən yerində YDM-lərdən 10%, bütün kafe və restoranlardan 5%, bütün alış-verişlərə 2%, partnyor şəbəkələrindən 30%-dək keşbək əldə edə biləcəklər. Kartmanenin üstünlükləri bununla bitmir. Kartmane Azərbaycanda 100 gün güzəşt müddətli ilk kredit kartıdır. Siz həm xərclədikcə qazanacaqsınız, həm də xərclədiyinizi tam 100 gün sonra geri ödəyə biləcəksiniz.
Kartmaneni harada olmağınızdan asılı olmayaraq onlayn sifariş vermək üçün www.rabitabank.az saytına daxil olmaq və ya Rabitabank Mobile tətbiqini yükləməyiniz kifayətdir. Kartmane haqqında yeniliklərdən, partnyor mağazadakı xüsusi güzəştlərdən və kampaniyalardan ilk xəbərdar olmaq üçün Kartmane Teleqram kanalına abunə ola bilərsiniz. https://t.me/KartmaneAZ
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
12 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
12 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
13 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
14 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
14 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır



























