Azərbaycandan çıxan valyuta daxil olanı üstələdi - KƏSİR YARANIB
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2020-ci ilin 1-ci rübündə Azərbaycanının tədiyyə balansında 1 milyard 343 milyon 500 min dollar kəsir yaranıb. Halbuki, 2019-ci ilin 1-ci rübündə tədiyyə balansında 2 milyard 19 milyon dollar profisit formalaşmışdı.
Azərbaycanın tədiyyə balansında kəsirin yaranması ixracın azalması, idxalın isə artması ilə bağlıdır.
Tədiyə balansı beynəlxalq iqtisadi əməliyyatların həyata keçirilməsi nəticəsində milli iqtisadiyyata daxil olan və xaricə çıxarılan valyuta vəsaitləri arasında nisbəti müəyyən edir. Kəsir - ölkədən çıxan valyutanın ölkəyə daxil olan valyutanı üstələməsinin nəticəsidir.
Dövlətlər kəsiri azaltmaq üçün devalvasiyaya gedirlər. Necə edilir? Dövlətlər devalvasiya edərək pul vahidlərinin dəyərini aşağı salırlar. Nəticədə xaricdən alınan məhsullar, yəni idxal bahalaşdığına görə azalır və daxildəki məhsullar ucuzlaşdığı üçün ixrac artır. Bu sayədə idxal və ixrac balansının tarazlaşdırılması məqsədi güdülür. Amma hər zaman devalvasiya uğurlu olmur və müsbət nəticə vermir. Əgər ixrac ediləcək məhsullar ölkədə yetərli miqdarda istehsal edilmirsə devalvasiya bir işə yaramaz və idxal yenidən artır.
2020-ci ilin 1-ci rübü üzrə Azərbaycan Respublikasının tədiyyə balansında bildirilir ki, xarici mühitin əlverişsiz olduğu bir şəraitdə 2020-ci ilin 1-ci rübü üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 646 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.4 milyard kəsir yaranmış, ehtiyat aktivləri 1.3 milyard azalmışdır. Bu dövrdə orta rüblük neft qiyməti 58 dollar/barel olmuş, qeyri-neft ixracı isə 4% artmışdır.
CARİ ƏMƏLİYYATLAR BALANSI (CƏB) - KƏSİR ARTIB, PROFİSİT AZALIB
2020-ci ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 2.5 dəfə azalaraq 646.3 milyon dollar təşkil etmişdir. Neft-qaz sektoru üzrə CƏB profisiti ö.i.m.d.n. 19.2% (0.6 milyard dollar) azalaraq 2.4 milyard dollar, qeyri-neft sektoru üzrə CƏB kəsiri isə 28.4% (0.4 milyard dollar) artaraq 1.8 milyard dollar məbləğində olmuşdur. Nəticədə cari əməliyyatlar hesabında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtmüşdür. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşmışdır.
XARİCİ TİCARƏT BALANSI
2020-ci ilin 1-ci rübü üzrə xarici ticarət dövriyyəsi 7.1 nilyard dollar təşkil etmiş, neft-qaz sektoru üzrə 3.6 milyard həcmində yaranmış profisit, qeyri-neft sektoru üzrə 1.7 milyard dollarlıq kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 1.9 milyard dollarlıq (24.7% azalma) profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 155 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 13%-i MDB üzvü olan dövlətlərin, 87%-i isə digər xarici dövlətlərin payına düşür.
ƏMTƏƏ İXRACI
Hesabat dövründə əmtəə ixracı 4.5 milyard dollar (6% azalma) təşkil etmişdir. Dövr ərzində neft-qaz sektoru üzrə ixracın həcmi 6.9% azalaraq 4.1 milyard dollar olmuşdur (bu əsasən dünya bazarlarında xam neft qiymətinin 7% azalması ilə əlaqədardır). İxrac olunmuş neft məhsullarının (milyard dollar) 3.2 milyard dolları xam neftin, 95 milyon dollar isə neft emalı məhsullarının payına düşür. 2020-ci ilin 1-ci rübündə qeyri-neft ixracı 3.9% artaraq 411 milyon dollat olmuşdur.
ƏMTƏƏ İDXALI
2020-ci ilin 1-ci rübündə əmtəə idxalı ö.i.m.d.n. 14.6% artaraq 2.6 milyard dollar təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.1 milyard dollar olmuş, bunun da 352 milyon dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 12.4% artaraq 2.1 milyard dollar olmuşdur. Qeyri-neft idxalının strukturunda minik avtomobillərinin (52%), metalların (48.3%), tərəvəz məhsullarının (13.9%), kağız məmulatlarının (12.6%), ağac məmulatlarının (11.2%), daş və şüşə məmulatlarının (4.4%) idxalı artmış, dəmiryol nəqliyyat vasitələrinin (93.5%), şəkərin (61.2%), dənli bitkilərin (52.3%), tütün və tütün məhsullarının (9%), kimya məhsullarının (2.9%), alkoqollu və alkoqolsuz içkilərin (2%), mebel məhsullarının (1.1%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 7.1% təşkil edərək 184.4 milyon dollar olmuşdur.
XİDMƏTLƏR BALANSI
2020-ci ilin 1-ci rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2.2 milyard dollar təşkil etmişdir. Bunun 1.5 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0.7 milyard dollar isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Nəticədə xidmətlər balansında yaranan kəsir 1.7 dəfə artaraq 0.8 milyard dollar olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 634.3 milyon dollar olmuşdur. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 192.2 milyon olmuşdur.
Qarşılıqlı xidmətlər dövriyyəsinin 30%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 681 milyon dollar olan nəqliyyat xidmətlərinin 43.3%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 295 milyon dolları qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 386 milyon təşkil etmişdir. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 0.2% azalmış, idxalı isə 44.7% artmışdır. Nəticədə bu maddə üzrə 2019-cu ilin I rübündə 27.1 milyon dollar olan kəsir 2020-ci ilin I rübündə 5.4 dəfə artaraq 146 milyon dollar təşkil etmişdir.
2020-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 18% azalaraq 549 milyon dollar təşkil etmişdir. Hesabat dövrü ərzində turizm xidmətləri üzrə idxalın (281.7 milyon dollar) ixracı (267.4 milyon dollar) üstələməsi nəticəsində 14.3 milyon dollar (ö.i.m.d.n. 2.3 dəfə azalma) həcmində kəsir yaranmışdır. Hesabat dövrü ərzində xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 23%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 15% azalmışdır.
Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 281.7 milyon dollar məbləğində olmuşdur. Bunun 86%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin (məkik idxal üçün vəsaitlər istisna olmaqla) payına düşür. Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin dəyəri 3.1 dəfə azalaraq 5.4 milyon təşkil etmişdir. Qeyri-neft sektoru üzrə qeyrirezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə 1.6 dəfə azalaraq 140.3 milyon dollar olmuşdur.
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
11 saat əvvəl
Kabab evində at əti şübhəsi – Fəaliyyəti dayandırıldı, sahibkar məsuliyyətə cəlb olundu
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT investorlara illik 15% gəlir təklif edir - Faizi hər ay ödəniləcək
-
15 saat əvvəl
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
-
16 saat əvvəl
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Rumıniya Azərbaycandan neft idxalını 20 %-ə yaxın artırıb
“ALFA KAPİTAL BOKT”un xalis mənfəəti 104 dəfə artıb
BOKT yüksək faizlə borclandı – Hərracın nəticələri
Ən çox oxunanlar
Restoran və kafelərdə yeni dövr başlayır – sifarişdən ödənişədək hər şey rəqəmsallaşır
Mədəniyyət Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib, Mustafa Abbasbəyli nazir müşaviri olub
Toxum bazarında yeni dövr başlayır – Prezident yeni Qanunu təsdiqlədi - GMO toxumlarının satışına qadağa qoyuldu
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
Avqustun 20-də gözlənilən hava şəraiti
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir




















