Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, Azərbaycanda taxıl sahələrinin 11,4 faizində biçin başa çatıb. İyunun 9-dək 115328 hektar sahədə biçin aparılıb. Bunların 114472 hektarı arpa, 856 hektarı buğda sahələridir.
Ümumilikdə bu günə qədər sahələrdən 344545,6 ton məhsul yığılıb ki, bunun 341855,6 tonu arpa, 2690 tonu buğdadır. Orta məhsuldarlıq arpa üzrə 29,9 sent/ha, buğda üzrə 31,4 sent\ha təşkil edir. Hazırda 36 rayonda taxıl biçini davam edir. Bişin əsasən Aran bölgəsində, qismən isə dağətəyi rayonların aran hissəsində aparılır.
Bugünədək ən yüksək məhsuldarlıq Sabirabad rayonunda seydə alınıb. Rayonda arpa üzrə orta məhsuldarlıq 38,1 sentner təşkil edir. Salyan (38 sentner), İmişli (37,9 sentner), Saatlı (37,8 sentner), Samux (37,8 sentner), Ağdam (36,7 sentner) və Tərtər (34,2 sentner) rayonlarının arpa sahələrində də yüksək məhsuldarlıq müşahidə olunur.
Biçin prosesində 1154 kombayn iştirak edir. Bunlardan 419-u “Aqrolizinq” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. “Aqrolizinq” tərəfindən əlavə olaraq biçin getməyən dağlıq və dağtəyi rayonlardakı bölmələrdən Aran zonasına 186 kombayn dislokasiya olunub. Biçin prosesinə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 549 kombayn cəlb olunub.
Qeyd edək ki, bu il Azərbaycanda 1010208 hektar sahədə payızlıq taxıl əkini aparılıb. Sahələrindən 640977,6 hektarında buğda, 369240,4 hektarında apra əkini aparılıb. Biçin prosesinə ümumilikdə 1700-dən artıq kombaynın cəlb olunması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 30 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir




























