Bu il Xaçmazda gilas boldur
Xaçmazlı sahibkarlar may ayının son günlərindən etibarən gilas bağlarında məhsul yığımına başlayıblar.
Təsərrüfatçılar gilasın bir kiloqramını keyfiyyətindən asılı olaraq yerində 2-2,5 manata satırlar. Yığılan məhsul yerli və paytaxt bazarlarında satışa çıxarılır.
Rayonun Pirquluoba kəndində 500 hektardan çox gilas bağı var. Gilasın yetişdirilməsinin böyük xərc tələb etdiyini söyləyən bağ sahibi Asəf Babayev hazırkı satış qiymətinin onları qane etdiyini vurğulayıb.
İyun ayı gilas yığımının ən qızğın çağıdır. Bağ sahibləri bu ayın 10-na kimi gilasın tezyetişən sortlarının yığılmasını başa çatdıracaqlar. Sonra gilasın digər sortlarının yığımına başlanılacaq.
Alıcı Habil Məlikov bildirib ki, yığılan məhsul ölkəmizlə yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif bölgələrinin bazarlarına da aparılır. “Məhsul boldur. Hələ ki, tezyetişən sortlar yığılır. Kütləvi yığım başlayanda məhsulun Rusiyaya satışına başlanacaq. Bu il gilasın qiymətinin 3 manatdan baha olacağını düşünürəm. Dövlətimiz çox sağ olsun ki, əlavə dəyər vergisini də aşağı salıb. Rusiyaya gedən əsas sort “Napoleon”dur”,-deyə H.Məlikov bildirib.
Xaçmaz rayonunda gilasın “Krım”, “Romanovka”, “Öküzürəyi”, “Napoleon”, “Ağ gilas” və başqa növləri yetişdirilir.
Xaçmaz rayonunda, ümumilikdə, 2 min 441 hektar gilas bağı var ki, bunun da 1769 hektarı barverəndir. Ötən il gilas bağlarından 17 min 403 ton məhsul yığılıb. Hər hektara görə məhsuldarlıq 100 sentnerə yaxın olub.
Respublikamızın şimal bölgəsində gilas yetişdirməklə məşğul olan fermerlər bu meyvəni Rusiya ilə yanaşı, digər xarici bazarlara da ixrac etmək imkanının olduğunu deyirlər. Bu isə ölkəmizə xarici valyutanın daxil olmasında əhəmiyyətli rol oynaya bilər.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 26 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir


























