“4 Azot sizdən, 1-i bizdən” adlı sosial aksiyaya start verildi
®️“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC kiçik əkin sahəsi olan pambıqçı fermerlərə dəstək məqsədi ilə növbəti sosial aksiyaya start verib.
Aksiyanın şərtlərinə əsasən əkin sahəsi 5 hektara qədər olan fermerlər 200 kq (4 kisə) azot gübrəsini fermer kartları vasitəsilə dövlət subsidiyası hesabına aldıqları təqdirdə 50 kq (1 kisə) azot gübrəsi fermerə şirkət tərəfindən hədiyyə edilir. Keçirilən aksiyanın məqsədi kiçik fermerləri daha çöx gübrə istifadə etməyə təşviq etməklə, əkin sahələrinin məhsuldarlığının artırılmasına dəstək olmaqdır. Aksiyadan yalnız “Fermer Kartı” olan və əkin sahəsi 5 hektara qədər olan fermerlər yararlana bilərlər. Fermerlər şəxsiyyət vəsiqəsi və fermer kartı ilə şirkətin bölgələrdə olan satış nöqtələrinə gəlməklə gübrələri əldə edə bilərlər.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC bütün fermerlərə səslənərək xatırladır ki, Fermer Kartı vasitəsilə dövlət subsidiyanı fermerlərimizə toxum, pestisid və gübrə almaq üçün verir. Fermerlərdən xahiş edilir ki, fermer kartlarını kənar şəxslərə verməsinlər və təyinatı üzrə gübrə, pestisid, toxum almağa istifadə etsinlər.
“Aqrar İnnovasiya və Təchizat Şirkəti” QSC 2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana əsasən gübrə, toxum və digər aqrokimyəvi maddələr bazarının liberallaşdırılmasından sonra yaradılmışdır. Şirkət regionlarda olan 100 dən çox satış nöqtələri və səyyar satış qrupları vasitəsilə fermerləri gübrə, toxum və aqrokimyəvi məhsullarla təchiz edir.
Ətraflı məlumat üçün maraqlanan şəxslər +994 77 720 77 77 nömrəsinə zəng edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir



























