İşlədiyi bankın pulunu mənimsədiyi bildirilən filial müdirinin işi məhkəmədə
Astara Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şahağacı kəndi üzrə icra nümayəndəliyinin mühasibi vəzifəsində işləmiş Vasif Bağırovun qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Aparılmış istintaqla Vasif Bağırovun “Bank Respublika” ASC-nin Astara filialının müdiri vəzifəsində işləmiş Rövşən Quliyev, Astara RİH başçısının Şahağacı kəndi üzrə icra nümayəndəsi vəzifəsində işləmiş şəxslər və qeyriləri ilə qabaqcadan əlbir olaraq rayonun Şahağacı, Şiyəkəran, Kolatan, Siyəkü və Kakolos kəndlərindən olan 61 sakininin adlarına ayrı-ayrı məbləğlərdə kreditlər götürərək “Bank Respublika” ASC-nin ümumilikdə 141 min manat məbləğində əmlakını mənimsəməsinə, bundan başqa vəzifə saxtakarlığı edərək 61 kənd sakini və Bank Respublika” ASC-nin ümumilikdə 37 100 manat məbləğində əmlakını ələ keçirərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr yaranıb.
3 fevral 2018-ci il tarixində “Bank Respublika” ASC-nin Astara filialının müdiri Rövşən Quliyev və qeyrilərinin Cinayət Məcəlləsinin 179.3.2 (küllü miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq yekunlaşdırılaraq məhkəməyə göndərilib.
Vasif Bağırov istintaq orqanından qaçıb gizləndiyindən cinayət işinin materiallarından başqa cinayət işi ayrıca icraata ayrılaraq istintaqı aparılmış və iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
25 aprel 2019-cu il tarixdə Vasif Bağırov Rusiya Federasiyasının İrkutsk vilayətində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmiş və ona Cinayət Məcəlləsinin 179.3.2, 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (təkrar törədildikdə) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrində nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə istintaq 25 may 2020-ci il tarixdə tamamlanaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
5 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























