"Azərbaycan istehsalı olan çiyələk xarici bazarlarda rəqabətqabiliyyətli deyil"
“Bu gün ölkədə istehsal edilən çiyələyin keyfiyyəti və sortları ixracatçıların istədiyi səviyyədə deyil”.
Bunu Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev deyib.
B.Quliyevin sözlərinə görə, çiyələyin həm çeşidlər, həm yetişdirmə texnologiyası üzərində işləmək və məhsulun rəqabətqabiliyyətli olması üçün keyfiyyət səviyyəsini qaldırmaq lazımdır:
“Lakin hazırda bunu görmürük. Biz sözügedən məhsulu tədarük edib Rusiya bazarlarına göndərmək istəyirdik, lakin həm çeşid baxımından, həm də keyfiyyət baxımından yüksək dərəcədə becərilmədiyini gördük”.
“İnanıram ki, Azərbaycan istehsalı olan çiyələklərin ixrac potensialı artacaq. Bu sahədə ixtisaslaşmış ölkələr var. Azərbaycan pomidor ixracında naliyyətlər əldə etdiyi kimi, bu hal çiyələk ixracında da olacağına inanıram”, - o əlavə edib.
Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində və ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çox ixrac reallaşdırılıb.
Birinci rübdə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (43,9 milyon ABŞ dolları) I, pambıq mahlıcı (42,8 milyon ABŞ dolları) II, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 36,3 milyon ABŞ dolları) III olub.
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir





























