"Bu il məhsulumuz keçən ilkindən də yaxşıdır"
Hazırda Salyanın əksər kəndlərində ailə təsərrüfatlarında istixana şəraitində pomidor becərilir. Rayonun Qarabağlı kəndində hər bir şəxsi təsərrüfatda pomidor istixanalarına rast gəlmək mümkündür. Burada əhali əsasən gündəlik qazancını istixanalarda yetişdirdiyi məhsulla əldə edir.
Kənd sakini Mürşüd Xudiyev də belə təsərrüfat sahibindən biridir. O, 7 ildən çoxdur şəxsi həyətində istixana şəraitində pomidor yetişdirməklə məşğuldur. Təsərrüfat sahibi ötən il 20 ton məhsul yığdığını deyir:
“Bizim istixananın ərazisi 20 sotdur. Pomidor və xiyar becəririk. Əsasən “Orletta” sortundan olan pomidor toxumundan istifadə edirik. Yaxşı məhsuldar pomidordur. Keçən il də yaxşı məhsulumuz oldu. Bu il şükür Allaha, keçən ilkindən də yaxşıdır. Bir şitildən 7-8 kiloqram məhsul əldə edirik. Bu il istixanamızda 22-23 ton məhsul götürməyi planlaşdırırıq”.
İstixana ərazisində becərilən pomidor şitilləri damcı üsulu ilə suvarılır. Burada 5000-dən çox şitil əkini aparılıb. Təsərrüfat sahibi qeyd edir ki, əkin aparılarkən bütün aqrotexniki qaydalara riayət olunub. Bu da məhsulun daha bol olması ilə nəticələnib.
Bu gün təsərrüfat sahibini narahat edən əsas amil pomidorun satış qiymətidir. Fermer deyir ki, ilk vaxtlarda pomidorun 1 kiloqramının qiyməti yerində 2 manata idisə, indi bu qiymət 90-80 qəpik arasında dəyişir. Mütəxəssislər isə bunu pandemiya dövrü ilə əlaqələndirirlər.
Kənd təsərrüfatı mütəxəssisi Emin Xudiyev də bunu təsdiqləyir: “Bu günlərdə fermerlərin əkdiyi məhsulların qiymətinin belə aşağı düşməsi əsasən pandemiya ilə əlaqədardır. Məhsul bazarlara çıxsa da, alıcılıq zəifdir. Buna görə də fermer məhsulu istədiyi qiymətə sata bilmir. Karantin rejiminin yumşaldılması tezliklə bazarın da canlanmasına səbəb olacaq”.
Qeyd edək ki, hazırda Salyan rayonunda 138 hektar ərazidə 473 istixana mövcuddur. Ötən il bu istixanalarda 10 min tondan çox pomidor istehsal edilərək yerli və xarici bazarlara çıxarılıb.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 27 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir




























