Pambıq şirkətləri 20 minə yaxın fermerlə müqavilə imzalayıb
Respublika ərazisində pambıq əkini ilə bağlı çiyid səpini yekunlaşmaq üzrədir.Kənd Təsərrüfatı Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, bu günədək pambıq şirkətləri tərəfindən 20 minə yaxın fermerlə 99693 hektar sahədə pambıq əkininə dair müqavilə imzalanıb.
Mayın 18-dək 99180 hektar sahədə şum, 97988 ha sahədə isə çiyid səpini aparılıb. Səpin aparılmış ərazilərin təxminən 85 faizində (84143 ha) çıxış alınıb. Pambıq əkininin yaxın günlərdə tam şəkildə başa çatacağı gözlənilir.
Bu il Azərbaycanın 21 rayonunda pambıq əkini proqnozlaşdırılır. Ən çox əkin ənənəvi pambıqçılıq rayonlarından olan Saatlı (13720 ha), Bərdə (11300 ha), Biləsivar (10553 ha), Ağcabədi (10320 ha) və Sabirabadın (9551 ha) payına düşür.
Qeyd edək ki, ötən il Azərbaycanda 294 min ton pambıq yığılıb və hər hektardan orta məhsuldarlıq 29,4 sentner təşkil edib.
2020-ci ildən tətbiq olunan yeni subsidiya mexanizminə əsasən, pambıqçı fermerlərə ilk dəfə olaraq həm əkin, həm məhsul subsidiyası veriləcək. Pambıqçı fermerlər əkin sahəsinin hər hektarına görə 220 manat, məntəqələrə təhvil verdikləri pambığn hər tonuna görə 100 manat subsidiya alacaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir



























