Şirkətlər öz marketinq fəaliyyətlərini audit etdirirlər

Yerli bazar iştirakçıları üçün marketinq və kommunikasiya xidmətləri təklif edən Marcom şirkətinə öz marketinq işlərini audit elətdirən şirkətlərin sayı artıb.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə pandemiya bir çox şirkətləri daha effektiv fəaliyyət göstərməyə məcbur edib. “Bir çox şirkətlər pandemiya ilə əlaqədar reklam və marketinq sahəsində əməkdaşlıq etdikləri agentliklərlə olan münasibətlərinə yenidən baxmağa başlayıblar. Rəqəmsal marketinqə kifayət qədər diqqət ayırmayan şirkətlər artıq xidmətlərin effektivliyini ölçmək üçün əməkdaşlıq etdikləri agentliklərin işlərini audit elətdirirlər. Bu isə tərəflərarası münasibətləri yeni müstəviyə qaldırsa da, bəzi problemlərin də üzə çıxmasına səbəb olur. Rəqəmsal dünyaya keçid bizim 2019-cu ildə bazara təqdim etdiyimiz Marketinq Audit xidmətinə olan tələbatı da ciddi şəkildə artırdı. Gün ərzində bizə daxil olan müraciətləri araşdırarkən bir çox xoşagəlməz məqamların ortaya çıxdığının şahidi oluruq. Bu halların bəzən hər iki tərəfin məsələyə qeyri-ciddi yanaşması nəticəsində də yarandığını müşahidə edirik.
“Sifarişçini kifayət qədər maarifləndirmirlər”
Ceyhun Fərzəliyevin sözlərinə görə “Bu xoşagəlməz halların əsas səbəbi agentlik və ya fərdi şəkildə fəaliyyət göstərən şəxslərin sifarişçi tərəfi kifayət qədər maarifləndirməməsidir. Agentliklərin çox az bir qismi müştəriyə dolğun məlumat verir və ona lazım olan xidmətləri təqdim edir. Sifarişçi tərəf işin detallarını təbii olaraq bilməməsi bəzi agentlik və ya bu sahədə çalışan fərdi şəxslər üçün fürsətə çevrilir. Qarşı tərəf sifarişçinin məlumatsızlığından sui istifadə edərək öz öhdəsinə düşənləri vaxtında və doğru şəkildə icra etmədiyi üçün müştəri həm imic, həm də ciddi büdcə itirmiş olur.”
“Fəaliyyətlərini dayandırıblar”
İcraçı direktor əlavə edib ki, “Bir çox şirkətlərlə çalışan bəzi agentliklər yaranmış vəziyyətdə maliyyə dayanıqlığının olmaması səbəbi ilə fəaliyyətlərini dayandırıblar. Sifariş əsasında həmin agentliklər tərəfindən görülmüş işləri audit etdiyimiz zaman ortaya çıxan neqativ hallar sifarişçi tərəfin ciddi narazılığına səbəb olur. Vəziyyəti düzəltmək üçün təklif etdiyimiz həll yolları isə bir çox hallarda sıfırdan başlamağımıza səbəb olur ki, buna da bir çox şirkətlərin maddi vəziyyətləri imkan vermir. Beləliklə, həmin şirkətlər bazarda öz mövqelərini itirməli olurlar. Eyni vəziyyəti müştərilərə müqavilə ilə çalışmayan frilanslar da yaşatmaqdadır. Tərəflər arasında hüquqi tənzimlənmə olmadığı üçün əksər hallarda məsələ öz müsbət həllini tapa bilmir.”
“Sifarişçi şirkətin məsuliyyətsizliyi halları aşkarlanıb”
Daxil olan müraciətləri araşdırarkən sifarişçinin yol verdiyi məsuliyyətsizliklərin də şahidi oluruq. Bağlanmış müqavilə və təqdim olunan təklifləri analiz edərkən ortaya çıxır ki, sifarişçinin icraçı şirkətə verməli olduğu məlumatları vaxtında təqdim etməməsi, o cümlədən yazılı müraciətləri cavablandırmaması bir çox xidmətlərin icrasında boşluqlar yaradıb. Həmin boşluqlar isə sonradan ciddi axsamaya gətirib çıxarıb.
“Biz ədalətli olmağa çalışırıq”
Şirkətin icraçı direktoru bildirib ki, biz bütün hallarda ədalətli olmağa çalışırıq. “Bizim məqsədimiz tərəflər arasında ədalətli mövqe nümayiş etdirməkdir. Marketinq audit xidməti bazar iştirakçılarının qorunması məqsədi ilə yaradılmışdır. Hər bir reklam agentliyi, həmçinin fərdi şəkildə fəaliyyət göstərən şəxs şirkətləri maarifləndirməli və onlara aldıqları vəsait qarşılığında doğru xidmət göstərməlidir. Ancaq bu halda yeni bazar iştirakçılarının yaranmasına və fəaliyyət göstərən şirkətlərin uzunömürlü olmasına nail olmaq olar.”
Qeyd edək ki, Marcom Marketinq və Kommunikasiyalar şirkəti Azərbaycan və Gürcüstan bazarında müştərilərinə 28 marketinq xidməti təklif edir. Şirkət həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) marketinq məsələləri üzrə konsultantıdır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az - 1 gün əvvəl
-
1 gün əvvəl
Bir neçə şirkət İPO ilə bağlı Bakı Fond Birjasına müraciət edib
-
1 gün əvvəl
9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - ADLARI AÇIQLANIB
-
1 gün əvvəl
Tezliklə ChatGPT internetdə alış-veriş edə və “PowerPoint” təqdimatları yarada biləcək
-
1 gün əvvəl
PashaPay və ASAN xidmət media nümayəndələri üçün süni zəka təlimi keçirib
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

"İrşad" Sea Breeze-də mağaza açdı - FOTOLAR

Sabahın hava pronozu açıqlanıb

Bir neçə şirkət İPO ilə bağlı Bakı Fond Birjasına müraciət edib

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

“TBC Kredit BOKT”ın lisenziyası könüllü əsasla ləğv edilib

“Sea Breeze”ə yeni marşrut fəaliyyətə başlayır

Dövlət 3 bankda 500 milyon manat depozit yerləşdirdi

"Coca-Cola Azərbaycan" UNEC ilə memorandum imzalayıb

"Modenis" şirkətindən “eManat”ın fəaliyyətilə bağlı açıqlama

Milyonçu Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib - MƏHKƏMƏ

8,5 milyon manata tikilmiş Xocalı kərpic zavodunun açılışı olub
