Azərbaycan məhsulları Polşadakı “Carrefour” marketlərində
Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin təşəbbüsü, aparılan danışıqlar və bazar araşdırmalarının nəticəsi olaraq, Polşanın Varşava şəhərindəki 3 “Carrefour” supermarketində və Kielçe şəhərindəki “Carrefour” supermarketində “Made in Azerbaijan” stendləri yerləşdirilib.
“Made in Azerbaijan” stendlərində Azərbaycan istehsalı olan müxtəlif növ şərablar, mürəbbələr, kompotlar, nar şirəsi, narşərab, salatlar, çay təqdim olunur. Bununla yanaşı, marketlərin alış-veriş zallarında alıcıların diqqətini cəlb edən və stendlərə doğru istiqamətləndirən reklam banerləri asılıb. Bəzi məhsullarımız marketlərin rəflərində də yerləşdirilib.
Stendlərin ilkin olaraq 2 aylıq müddətinə yerləşdirilməsi nəzərdə tutulur və məhsullarımızın satış göstəricilərindən asılı olaraq, müddət artırıla bilər.
Qeyd edək ki, Polşada fəaliyyət göstərən pərakəndə satış şəbəkələrində Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların vahid ölkə stendində satışı ilk dəfə təşkil olunur. “Made in Azerbaijan” stendlərindəki “Azersun Holding”, “Azgranata”, “Astaraçay”, “Aspi Agro”, “Marandi”, “Şərq ulduzu” MMC-lərin, “Abşeron Şərab” və “Göygöl Şərab Zavodu” ASC-lərin istehsalı olan məhsullar Varşavada fəaliyyət göstərən “Azərbaycan Ticarət Evi”nin dəstəyi ilə təqdim edilib.
Avropa ölkələrində COVID-19 pandemiyasının yayıldığı və karantin tədbirlərinin tətbiq olunduğu dövrdə Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının bu təşəbbüsü ölkəmizin qeyri-neft məhsulları ixracının artırılması və ixrac bazarlarının şaxələndirilməsinə xidmət edir.
Məlumat üçün bildirək ki, Fransanın “Carrefour S.A.” şirkəti dünyanın bir çox ölkələrində fəaliyyət göstərən aparıcı pərakəndə satış şirkətlərindəndir. Şirkət Polşa bazarında ilk marketini 1997-ci ildə açıb və hazırda 80-dən çox hipermarket, 160-dan artıq supermarket, 650-dən çox kiçik marketlərdən ibarət şəbəkəyə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
56 d. əvvəl
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
-
1 saat əvvəl
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
11 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
Ən çox oxunanlar
İranda dolların qiymətində yeni rekord
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək






















