Yağışlar çay yığımını ləngitsə də, məhsuldarlığa müsbət təsir göstərib
Bir neçə gündür Astara rayonunun çay plantasiyalarında birinci çay yığımına başlanılıb.
Builki yaz mövsümündə havaların yağmurlu keçməsi çay yığımını bir qədər ləngitsə də, məhsuldarlığa müsbət təsir göstərib. Plantasiyalarda bol məhsul var.
Yığım kampaniyasını yüksək keyfiyyətlə və optimal müddətdə başa vurmaq üçün çayçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları bütün qüvvələri səfərbərliyə alıblar.
Birinci çay yığımı daha diqqət tələb edir, bu dövrdə ən yüksək keyfiyyətli yaşıl çay yarpağı yığılır. Qısa müddətdə plantasiyalardan 25 ton 350 kiloqram yaşıl çay yarpağı toplanılıb.
Qeyd edək ki, ötən il Astara rayonunda 137 hektar məhsuldar çay sahəsindən 583,3 ton yaşıl çay yarpağı yığılıb. Bu il bu rəqəmin 600 tona çatdırılması nəzərdə tutulub.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 30 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Göygöl Şərab Zavodu”nda rəhbərliklə bağlı qərar veriləcək
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir


























