"Anbarlarda saxlamaq olmur, ixrac edilərsə fermerlər mənfəət götürərlər"
Faraş soğanın ixracı üçün bir sıra ölkələrdən sifarişlər olubBərdədə payızlıq soğanın yığımı davam edir. Artıq məhsulun 20 faizi yığılaraq bazarlarda satılıb.
Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçılar Assosiasiyasının sədri Vüqar Babayev bildirib ki, məhsul birbaşa respublikanın bütün rayon və şəhərlərindəki bazarlara, marketlərə çatdırılır.
"Soğanın qiymətində ucuzlaşma qeydə alınıb və daxili bazarda qiymətlər tənzimlənib. Bir kiloqram soğan sahədə 20-25 qəpik, bazar və marketlərdə isə 30-35 qəpiyə satılır. Hazırda istehsal olunan soğanın xarici ölkələrə ixracı üçün hazırlıq görülür. Artıq Gürcüstan, Rusiya, Ukrayna, Belarusdan müraciətlər var. Faraş soğanı anbarlarda saxlamaq olmur. Odur ki, istehsal edilən məhsul xaricə ixrac edilərsə, fermerlər də mənfəət götürərlər", - deyə V.Babayev bildirib.
Qeyd edək ki, ölkəmizdə soğan istehsalı daha çox Bərdə, Ağdam, Ağcabədi, Beyləqan, Tərtər rayonlarında həyata keçirilir. 2020-ci ilin məhsulu üçün Qarabağ-Aran regionunda ümumilikdə 1400 hektar payızlıq soğan əkilib ki, onun da 840 hektarı Bərdə rayonu ərazisindədir. Payızda əkilən soğanın yığımı may ayının sonunadək davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaqdır.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir



























