Azərbaycanda karantinin yumuşalması gecikə bilər
“Bugünkü statistika o qədər də ümidverici deyil”.
Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Rayonlarda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, ticarət obyektlərinin təlimatlara əməl etməsi mütləqdir. Əks halda bu, yumşalmaya mane ola bilər”, - deyə İ.Məmmədov deyib.
"Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq"
“Son vaxtlar pozitiv dinamikanı itirməyə başlamışıq, yeni yoluxmaların sayı artır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, bu, gözlənilən idi: “Biz bilirdik ki, karantin rejimindən çıxmağa başlayanda yoluxmaların sayı artacaq. Bunun səbəbini bilmək üçün küçəyə çıxmaq kifayətdir. Koronavirusdan qorunmağın əsas yolu karantin qaydalarına ciddi əməl etməkdir”.
Xəbər verdiyimiz kimi, son 24 saatda Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
“Qərar həftəsonu verilə bilər”
İbrahim Məmmədov deyib ki, Mayın 11-dən sonra karantinin yumşaldılması bu həftə ərzində qeydə alınacaq koronavirusa yoluxma hallarının statistikasından asılıdır.
O bildirib ki, bəzi məsələlərlə bağlı müzakirələr aparılır: “Həftəsonunda qərar verilə bilər. Amma dinamikanın artması bu məsələyə təsir edir. 65 yaşdan yuxarı şəxslərlə bağlı yumşaldıcı qərar da dinamikadan asılı olacaq”.
Xatırladaq ki, 8 Apreldə 105 yoluxma (ən çox), 9 Apreldə 104 yoluxma, 10 Apreldə 65 yoluxma, 11 Apreldə 67 yoluxma, 12 apreldə 40 yoluxma, 13 Apreldə 50 yoluxma, 14 apreldə isə 49 yoluxma, 15 apreldə 56 yoluxma, 16 apreldə 30 yoluxma, 17 apreldə 57 yoluxma, 18 apreldə 33 yoluxma, 19 apreldə 25 yoluxma, 20 apreldə 38 yoluxma, 21 apreldə 44 yoluxma, 22 apreldə 38 yoluxma, 23 apreldə 30 yoluxma, 24 apreldə 44 yoluxma, 25 apreldə 25 yoluxama, 26 apreldə 28 yoluxma, 27 apreldə 33 yoluxma, 28 apreldə isə 39 yoluxma, 29 apreldə 49 yoluxma, 30 apreldə 38 yoluxma, 1 mayda 50 yoluxma, 2 mayda 40 yoluxma, 3 mayda 46 yoluxma, 4 mayda 52 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
8 d. əvvəl
Avtomobil qəzalarının maliyyə yükü böyüyür – 8 ayda “PAŞA Sığorta”dan 10 milyon manatdan çox ödəniş
- 12 d. əvvəl
-
30 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
Ən çox oxunanlar
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ


























