ABŞ-ın nəzarət İdarəsi koronavirusun müalicəsi üçün preparatı bəyənib
“Gilead Sciences” şirkəti koronavirusa qarşı mübarizə üzrə eksperimental tədqiqatın nəticələrini dərc edib. ABŞ-ın qida məhsullarına və dərman preparatlarına nəzarət üzrə Administrasiya İdarəsi müraciəti iki gün ərzində nəzərdən keçirdikdən sonra “Remdesivir” adlı eksperimental tibbi preparatı koronavirusa yoluxan xəstələrin müalicəsində istifadə olunması üçün rəsmi şəkildə qəbul edib.
Bununla bağlı Prezident Donald Tramp deyib: “Sevinclə bildirirəm ki, “Gilead” şirkəti qida məhsullarına və dərman preparatlarına nəzarət üzrə Administrasiya İdarəsinin təcili razılığını alıb. Siz bunun nə demək olduğunu başa düşürsünüz. Çünki bu, son zaman KİV-lərdə yayılan ən qaynar xəbərdir. Bu, koronavirus diaqnozu ilə hospitalizə edilən pasiyentlər üçün vacib müalicədir”.
Qeyd olunub ki, Ağ evin koronavirusla mübarizə üzrə işçi qrupunun bütün üzvləri, o cümlədən doktor Entoni Fauçi və Debora Birks də yeni preparatın “çox ümidverici” olması qənaətindədirlər.
Xatırladaq ki, klinik təqdiqatların nəticələrinə müvafiq olaraq, “Gilead Sciences” şirkətinin nukleotid analoqlar sinfindən olan virusa qarşı bu preparatı koronavirusa yoluxan pasiyentlərin orqanlarının funksiyalarını bərpa edir, bununla da ölüm hallarının sayını azaldır. Şirkətin apardığı tədqiqatlarda 1063 pasiyent iştirak edib. Onlara “Remdesivir” və ya plasebo (indiferent maddədən hazırlanmış dərman forması) verilib. Virusa qarşı preparatın dozasını alan pasiyenlər plasebo qəbul edən pasiyentlərlə müqayisədə 31 faiz daha sürətlə bərpa olunublar.
Həkimlər onu da qeyd ediblər ki, preparatın doğura biləcəyi kənar reaksiyalar sırasına qan təzyiqi, ürək bulanmaları, qusma və titrəmə daxildir.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 1 gün sonra
-
-
10 d. əvvəl
Avtomobil qəzalarının maliyyə yükü böyüyür – 8 ayda “PAŞA Sığorta”dan 10 milyon manatdan çox ödəniş
- 14 d. əvvəl
-
32 d. əvvəl
Bank tərəfindən akseptsiz tutulma nədir, hansı hallarda tətbiq edilir?
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“LUKOIL-Azərbaycan” mühafizə şirkətlərini tenderə dəvət edir
-
1 saat əvvəl
Volkswagen-dən 100 min işçini əhatə edən sərt qərar – tətil riski artır
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb - təyyarə, radar və müdafiə sistemləri alınır
Azərbaycan 14 HÜRKUŞ-II təlim təyyarəsi alır
Ən çox oxunanlar
BMW-dən böyük ixtisar: rəhbər vəzifələrin 20%-i ləğv edilir
ASELSAN Naxçıvanda zavod açacaq
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

























