Postpandemiya dövründə aqrar sektora dəstək layihəsi hazırlanır
Postpandemiya dövründə kənd təsərrüfatı sahəsində çalışan fermer və kənd əhalisinə müəyyən qədər dəstəyin verilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən layihə hazırlanır.
Bunu “Pandemiya zamanı və sonrakı dövrdə ərzaq təhlükəsizliyi” mövzusunda keçirilən onlayn görüşü zamanı Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, ümumilikdə, bu sahəyə dövlət mütəmadi olaraq dəstək verir və bu atılan silsilə addımlar sonda bir nəticə verəcək.
“Əsas odur ki, bu gün ölkənin ərzaq təhlükəsizliyi təmin olunur. Kənd təsərrüfatı sahəsinin xarici valyuta əldə etməsi vacib bir məqamdır ki, bu istiqaməti mütləq şəkildə inkişaf etdirmək lazımdır. Bu, ölkəyə stabil valyuta gətirə biləcək sahədir. Ölkədə kənd təsərrüfatı məhsulları ilə bağlı proteksionizm siyasəti aktiv şəkildə təşviq olunmalıdır. Bu, daxili istehsal sayəsində ərzaq təhlükəsizliyimizi təmin etmək deməkdir. Sözsüz ki, idxal edəcəyimiz məhsullar da çoxdur. Amma yaşam üçün lazım olan məhsulların əldə olunması daxili istehsal ilə mümkündür”, - deyə T. Qafarbəyli qeyd edib.
O həmçinin əlavə edib ki, xarici və daxili sahibkarların kənd təsərrüfatı sahəsinə investisiya yatırması çox vacibdir.
“Sahə investisiya tələb edən sahədir və postpandemiya dövründə bu sahəyə qoyulan investisiyaların sayı daha çox olmalıdır”, - deyə T. Qafarbəyli əlavə edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir


























