Karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq!
Koronavirus pandemiyasının Azərbaycanda sürətlə yayılmasının qarşısını almaq üçün tətbiq edilən qaydalardan biri də zərurət olmadan və icazə almadan evdən çıxmağın qadağan olunmasıdır. Bu qaydanı pozan şəxslər barəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə protokolları tərtib edilir. Əksər şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin minimum həddində, yəni 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar.
Bakıda keçirilən reydlərin birində də vətəndaşın "yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm" reaksiyası müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə də yazılan rəylərdən görünür ki, bu fikirdə olanlar az deyil.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:
"Deyilənlər tamam yanlış və qeyri-ciddi fikirlərdir. Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur. Karantin rejimi qaydalarını pozan şəxsə barəsində tərtib edilən protokoldan qanunamüvafiq olaraq, məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni, vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. On gün müddət tamam olanda əgər şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. Bu 40 gün ərzində isə sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir.
Qırx gündən sonra cəriməni ödəməyən şəxslərin iş yerinə və yaxud yaşadığı ünvana rəsmi bildirişlər göndəriləcək ki, dərhal cəriməni ödəsinlər. Cəriməni ödəməkdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa, saxlanılacaq və cərimə ödənilənədək avtomobil cərimə meydançasında qalacaq. Cərimələrin ödətdirilməsi üçün məcbur etmə üsullarının hamısından istifadə olunacaq. Karantin rejimini pozduğuna görə barəsində inzibati cərimə tətbiq edilənlər bilməlidirlər ki, cəriməni mütləq şəkildə vaxtında ödəməlidirlər. Əks təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcəkdir".
"Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
3 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
4 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























