Azərbaycanda koronavirus şübhəsi ilə karantində saxlanılanların sayı açıqlandı
Bu gün Azərbaycanda 224 nəfər koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır.
Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahının koronavirusla bağlı keçirdiyi brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 12-si İran, biri İtaliya, 7-si isə digər ölkə vətəndaşlarıdır:
"Hazırda onların müayinə cavabları gözlənilir".
Bu gün İrandan qayıdan Rusiya vətəndaşında Astara sərhəd-keçid məntəqəsi keçən zaman koronavirus aşkarlanıb. Koronavirus aşkarlanan şəxs dərhal karantin məntəqəsinə aparılıb. O, xüsusi boks şəraitində saxlanılır. Məlumata görə, həmin şəxsin durumu stabildir, vəziyyətində ağırlaşma yoxdur.
"Karantinə alınan Ağdaş sakininin koronavirus təhlükəsi yoxdur"
"Ağdaşda İrandan gəlmiş şəxsin ürəyinin getməsi, yüksək hərarətinin olması barədə məlumat şayiədir. Həmin şəxs İranda işləyirmiş".
Bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, həmin şəxs yorğunluq səbəbindən huşunu itirib və xəstəxanaya çatdırılıb: "Onun gözündə konyuktivit aşkarlanıb, ümumi halsız olub. Hərarəti və koronavirus təhlükəsi yoxdur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 8 d. əvvəl
- 31 d. əvvəl
-
14 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
14 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 14 saat əvvəl
-
15 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Mağazalar şəbəkəsi Qaxda yeni filial açır
Ən çox oxunanlar
PASHA Bank Georgia-nın Müşahidə Şurasında yeni təyinatlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Tramp Özbəkistana səfər etmək istəyir






























