Azərbaycanda ov mövsümünün bitəcəyi tarix açıqlanıb
"Təqribən 1 həftədən sonra - martın 7-də rəsmi olaraq ov mövsümü bitir. Bu o deməkdir ki, artıq ayın 7-dən sonra ov icazələrinin verilməsi tam dayandırılacaq".
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, vətəndaşlar, ovçular bilməlidirlər ki, həmin tarixdən etibarən təbiətə ov məqsədilə getmək qadağandır: "Bu, müəyyən hüquqi nəticələr doğura bilər. Hazırda ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Növlərin çoxalma dövrü artıq başlayır. Həmin dövrdə onlara ziyan dəyməməsi üçün ov mövsümü qadağan olunur".
H.Əlizadə növbəti ov mövsümünün vaxtını da açıqlayıb: "Növbəti ov mövsümünün may ayının sonu, iyunun əvvəlində başlanılması gözlənilir. Başlayan zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində ov məsələləri üzrə Elmi Koordinasiya Şurasında müzakirələr aparılacaq. Həmin şuranın tərkibi bu il daha genişlənib, daha çox mütəxəssis dəvət olunub".
Departament rəhbəri bildirib ki, ov icazələri ilə bağlı hər il Elmi Koordinasiya Şurasında müzakirələr aparılır: "Əvvəlki illərə nisbətən 2019-cu ildə ov icazəsi üçün daha çox lisenziya ayrılıb. Çünki müraciətlər daha çox idi. Müraciətlər əsasən orta yaşın nümayəndələri tərəfindən olur. Bizdə olan statistika göstərir ki, gənclər ova meyil etmirlər. Bu, sevindirici haldır. 35-40 və daha yuxarı yaşlı təbəqənin nümayəndələri müraciət edirlər".
H.Əlizadə vurğulayıb ki, az sayda da olsa qadınların ov biletlərinin alınmasında marağı var: "Hər zaman qadınlar ov icazəsi ilə bağlı müraciət edib. İndi də az sayda da olsa ovçu qadınlarımız var".
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
8 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























