Unibankın törəmə şirkəti Avropa bankından 5,8 milyon dollarlıq istiqraz alır
“Unicapital” İnvestisiya Şirkəti Avropa Yenidənqurma və İnkişaf Bankından “Unibank”ın istiqrazlarını geri alır
Nizamnamə kapitalı 100%-lik “Unibank” KB ASC-yə məxsus olan “Unicapital” İnvestisiya Şirkəti, investorlara dollar valyutasında yeni sərmayə imkanı yaradır.
İnvestisiya Şirkətinin səhmdarı, AZ2011002022 dövlət qeydiyyat nömrəli istiqrazların (“Unibank” KB ASC tərəfindən buraxılıb) “Unicapital” İnvestisiya Şirkəti tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankından alınması haqda 28 yanvar 2020-ci il tarixində qərar verib. “Unicapital”ın AYİB-dən alacağı 580 ədəd istiqrazın hər birinin nominal dəyəri 10.000 ABŞ dolları məbləğindədir.
“Unicapital” İnvestisiya Şirkətinin səhmdarı bu qərar çərçivəsində 580 ədəd istiqrazın “Unicapital” tərəfindən satışına da razılıq verib.
“Unicapital” İnvestisiya Şirkətinin Müşahidə Şurasının müşaviri Tahir Qəribov bildirib ki, bu sövdələşmə Unibank maliyyə qrupunun Azərbaycan bazarında etibarlı emitentlər tərəfindən investisiya alətlərinin sayını artırmaq istəyi ilə bağlıdır: “Digər tərəfdən son vaxtlar Azərbaycanın kommersiya banklarında dollarda əmanət faizləri, habelə ABŞ dolları ilə olan investisiya alətlərinin məhdudluğu fiziki və hüquqi şəxslərin öz vəsaitlərini bu valyutada effektiv və etibarlı şəkildə yerləşdirmələrini çətinləşdirib. Öz strategiyasına əsasən Unibank, Azərbaycanın qiymətli kağızlar bazarında emitent və investor kimi fəal iştirak etməyi hədəfləyir. Hesab edirik ki, “Unicapital”ın qiymətli kağızlar bazarında fəallığını bir qədər də artırması, bazar iştirakçıları və investorlar üçün yeni imkanlar yaradacaq”.
“Unicapital” İnvestisiya Şirkəti, qiymətli kağızlar bazarında mövqeyini günü-gündən artırmaqdadır. 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsi olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkət, yerli və xarici bazarlarda investisiya və qiymətli kağızların buraxılması, habelə törəmə maliyyə alətləri ilə ticarət xidmətləri göstərir.
2019-cu ildən başlayaraq "Unicapital” İnvestisiya Şirkəti investisiya bazarında strategiyasını dəyişdirib. Əgər 2018-ci ilin sonuna qədər şirkətin məqsədi BFB-də broker əməliyyatları reytinqində ilk yerlərdə olmaq idisə, indi “Unicapital”ın hədəfi korporativ qiymətli kağızlar buraxılış sektorunu inkişaf etdirmək və qiymətli kağızlar vasitəsilə Azərbaycanın qeyri-neft sektorunun maliyyələşdirilməsini genişləndirməkdir.
“Unicapital” İnvestisiya Şirkəti, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir. Uğurlu bazar təcrübəsi sayəsində Unicapital istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır.
Qeyd edək ki, 28 dekabr 2017-ci il tarixində Bakı Fond Birjasında (BFB) “Unibank Kommersiya Bankı” ASC-nin hər birinin nominal dəyəri 10 000 dollar olan 1000 ədəd istiqrazları yerləşdirilmişdir. İstiqrazların tədavül müddəti 6 il (2190 gün), faiz dərəcəsi 6%, faiz gəlirinin ödəniş müddəti 3 aydan birdir.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
6 saat əvvəl
Türkiyədə pendirlərlə bağlı yeni qadağalar – İstehsal, etiketləmə və satış qaydaları dəyişdirildi
-
10 saat əvvəl
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
-
10 saat əvvəl
Casusluq şübhəsi və gizli münasibət: Nvidia-nın Çin biznesi üzərində təzyiq artır
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Həyat”ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün mühüm saziş imzaladı
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Xalq Həyat”ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
Ən çox oxunanlar
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
“PAŞA Sığorta”da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
“İpək Yolu Sığorta”nın yığımları 75%, mənfəəti 53% artıb




























