Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü

AzVak-mobil_resmin_ustu_31
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
iç səhifə xəbər şəkil altı (mobil)_32

ABŞ Prezidenti Donald Trampın açıqlamalarının Vaşinqtonun İranla təxminən doqquz aydır davam edən münaqişəsinin başa çatacağına ümidləri artırması fonunda çərşənbə axşamı “Brent” markalı neftin qiyməti avqustdan bəri ilk dəfə bir barel üçün 90 dollardan aşağı düşüb.

Marja.az xəbər verir ki, dünya xam neftinin təxminən 80%-nin qiymətinin müəyyənləşdirilməsində istinad göstəricisi olan “Brent”in yanvarda tədarük ediləcək fyuçersləri səhər saatlarında 90 dollar həddindən aşağı enib. ABŞ-ın Şərq vaxtı ilə saat 05:33-də — Bakı vaxtı ilə 14:33-də isə “Brent” 2,65% ucuzlaşaraq bir barel üçün 90,14 dollardan ticarət olunub.

ABŞ-ın WTI markalı nefti də 2,4% ucuzlaşaraq bir barel üçün 84,78 dollara düşüb.

Tramp bazar ertəsi İranla müharibənin “kifayət qədər tezliklə” başa çata biləcəyini və Tehranın Vaşinqtonla “çox nəzakətlə danışdığını” bildirib.

“Münaqişənin sona çatması istiqamətində irəliləyiş görürük. Düşünürəm ki, bu, kifayət qədər tezliklə başa çatacaq”, — Tramp Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə görüşdən sonra Ağ Evdə deyib.

“İran hərbi baxımdan faktiki olaraq sıradan çıxarılıb”, — ABŞ Prezidenti jurnalistlərə bildirib.

Tramp “Truth Social” platformasındakı paylaşımında Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytin “mövcud vəziyyətin saxlanmasına üstünlük verəcəklərini” də qeyd edib. Söhbət İrana qarşı dəniz blokadasının davam etdirilməsindən və ölkənin qabaqcıl silahları, eləcə də digər materialları daşımaq üçün quru marşrutlarından istifadəsinin qarşısının alınmasından gedir.

Neft qiymətləri bu il kəskin dəyişkənlik nümayiş etdirib. Bazar ABŞ və İsrailin İranla müharibəsinin gedişində mümkün istiqamət dəyişikliyinə dair istənilən siqnala həssas reaksiya verib.

İlin əvvəlində bir bareli təxminən 60 dollar olan “Brent” mart və apreldə hərbi zərbələrin intensivləşməsi ilə 130 dollaradək bahalaşıb. İyun və iyulda qiymətlər geriləsə də, münaqişənin uzanacağına dair gözləntilər gücləndikcə yenidən həmin səviyyələrə yüksəlib.

Brent nefti neft qiymətləri Brent 90 dollar WTI neftin ucuzlaşması Donald Tramp İran müharibəsi ABŞ İran münaqişəsi İranın dəniz blokadası qlobal neft bazarı neft fyuçersləri.
10.11.2026 15:03
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19

Ən çox oxunanlar