Casusluq şübhəsi və gizli münasibət: Nvidia-nın Çin biznesi üzərində təzyiq artır
Huanqın etirafı Nvidia-nı çətin vəziyyətə saldı: Çin satışları araşdırılır. Nvidia çipləri Çinə necə çatıb? Gizli münasibət yeni suallar doğurur“Nvidia”nın baş icraçı direktoru Censen Huanqın Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən iş qadını Elis Huanqla nikahdankənar münasibətini etiraf etməsi şirkətin Çinlə biznes əlaqələrinin Vaşinqtonda daha ciddi araşdırılmasına səbəb ola bilər.
Marja.az CNBC-yə istinadən xəbər verir ki, diqqət mərkəzində Huanqın ABŞ-ın Çinə çip ixracı siyasətinə təsiri və məhdudiyyət tətbiq edilən prosessorların Sinqapurda yerləşən “Megaspeed” kimi vasitəçilər üzərindən Çin şirkətlərinə çatdırılıb-çatdırılmaması dayanır.
“The New York Times”ın məlumatına görə, ABŞ administrasiyası daxilində yazda yayılan kəşfiyyat memorandumunda Elis Huanqın Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi üçün çalışdığı iddia olunub. Çin tərəfi bu ittihamları qarayaxma adlandırıb. “Megaspeed” də qanun pozuntusuna yol vermədiyini, yoxlamalar zamanı pozuntu aşkarlanmadığını bildirib.
“Nvidia”nın direktorlar şurası noyabrın 8-də müstəqil araşdırmaya başladığını açıqlayıb. Şura hazırda ABŞ-ın milli təhlükəsizliyinin və ya şirkət sirlərinin zərər gördüyünü düşünməyə əsas olmadığını, bununla belə, bütün mövcud məlumatların yoxlanılacağını bildirib. Huanq araşdırma ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. (investor.nvidia.com)
Vaşinqtonda təsir imkanları sual altındadır
Censen Huanq Donald Trampın ikinci prezidentlik dövründə Ağ Evlə yaxın əlaqələr qurub. O, süni intellektin təhlükəsizliyi ilə bağlı tənzimləmələr üzrə administrasiyaya məsləhətlər verib, eyni zamanda Çinə süni intellekt çiplərinin satışına tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasına çalışıb.
Tramp dekabrda satışlardan ABŞ-a 25 faiz pay verilməsi şərtilə “Nvidia”nın H200 çiplərini Çinə göndərə biləcəyini açıqlamışdı. Huanq isə martda şirkətin sifarişlər aldığını və istehsalı yenidən başlatmaq prosesində olduğunu bildirmişdi.
“Moor Insights & Strategy” şirkətinin baş icraçı direktoru Patrik Murhedin fikrincə, son 35 ildə heç bir çip şirkətinin rəhbəri ixrac siyasətinə bu qədər birbaşa təsir göstərməyib.
CNBC-nin məlumatına görə, Nümayəndələr Palatasının üç komitəsi Huanqın “Megaspeed” ilə münasibətləri barədə qapalı brifinqlər keçirilməsini istəyib. Konqresdə nəzarəti ələ almağa hazırlaşan demokratlar da məsələni araşdıracaqlarını bildiriblər.
Tramp bazar ertəsi ittihamların onu təəccübləndirdiyini deyib. Onun sözlərinə görə, Huanq Elis Huanqın casus olduğundan xəbərsiz olduğunu bildirib. ABŞ prezidenti məsələnin Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırıldığını da açıqlayıb.
Çin bazarında dörd illik məhdudiyyətlər
“Nvidia”nın Çin biznesi 2022-ci ilin oktyabrından, Co Bayden administrasiyasının qabaqcıl ABŞ çiplərinə çıxışı məhdudlaşdıran geniş nəzarət tədbirləri tətbiq etməsindən sonra təzyiq altındadır.
İlkin məhdudiyyətlərdən əvvəl Çin şirkətin gəlirlərinin təxminən dörddəbirini təmin edirdi. “Nvidia” yeni qaydalara uyğunlaşmaq üçün bəzi məhsullarının texniki xüsusiyyətlərini dəyişdirərək bu bazarda satışlarını davam etdirməyə çalışmışdı.
İxrac qaydalarının sonrakı sərtləşdirilməsindən sonra şirkət Çin üçün H20 süni intellekt prosessorunu hazırladı. Lakin “DeepSeek”in məhdudiyyət tətbiq olunan “Nvidia” çiplərindən istifadə etdiyi barədə xəbərlərdən sonra Tramp administrasiyası H20 satışlarını da məhdudlaşdırdı. “Nvidia” həmin məhsulla bağlı ləğv edilən sifarişlər nəticəsində 5 milyard 500 milyon dollar xərc yaranacağını açıqladı.
Huanq 2025-ci ilin oktyabrında şirkətin Çin bazarından tamamilə çıxdığını bildirsə də, bu bəyanat bütün fəaliyyət istiqamətlərində gəlirlərin sıfırlanması demək deyildi.
Son maliyyə ilində Honq Konq daxil olmaqla Çin “Nvidia”nın ümumi gəlirlərinin təxminən 9 faizini, ən son rübdə isə 8 faizini təmin edib. Bu göstəricilərə məhdudlaşdırılmış məlumat mərkəzi çipləri ilə yanaşı oyun, avtomobil və sənaye məhsullarından gəlirlər də daxildir.
Vasitəçilər və bulud xidmətləri diqqət mərkəzindədir
Səhmlərin ucuzlaşmasına mövqe tutan “Culper Research” mayda dərc etdiyi hesabatda “Nvidia”nın Çin bazarından asılılığının açıqlanan göstəricilərdən daha yüksək olduğunu iddia edib. Şirkətin hesablamasına görə, “Nvidia”nın 2026-cı maliyyə ilində hesablama seqmenti gəlirlərinin 20 faizdən çoxu Çin tələbi ilə bağlı olub. Hesabatda qanunsuz çip yönləndirmələri və Cənub-Şərqi Asiyadakı vasitəçilər barədə iddialar yer alıb.
Çin şirkətlərinin prosessorları birbaşa almaq imkanları məhdudlaşdırılsa da, xaricdəki məlumat mərkəzlərində yerləşən çiplərin hesablama gücünü icarəyə götürməsi ayrıca müzakirə mövzusudur. Məsələn, Çin şirkəti Avropadakı məlumat mərkəzində server tutumu icarəyə götürərək “Nvidia” prosessorlarından istifadə edə bilər.
Elis Huanqla əlaqəli “Megaspeed” şirkəti də məhdudiyyət tətbiq olunan çipləri Çin şirkətlərinə yönləndirməkdə ittiham edilir. Şirkət bu iddiaları rədd edir.
Murhed bildirib ki, “Blackwell” çiplərinin Çinə çatıb-çatmaması ilə bağlı suallar son qalmaqaldan əvvəl də mövcud olub. O, “Bloomberg”in 2025-ci ilin dekabrında “Megaspeed”in idxal etdiyi çiplərlə məlumat mərkəzlərində qeydə alınan çiplər arasında 50 min ədəd fərq olması barədə məlumatını xatırladıb.
CNBC bu xəbərlə bağlı sorğusuna “Nvidia”dan cavab almadığını qeyd edib.
Pekin də idxalı məhdudlaşdırır
“Nvidia”nın Çin bazarındakı satışlarını yalnız ABŞ-ın ixrac qaydaları məhdudlaşdırmır. Pekin də ölkəyə gətirilən “Nvidia” çiplərinin həcmini nəzarətdə saxlayır.
Murhedin sözlərinə görə, ABŞ “Alibaba”, “Tencent”, “ByteDance” və digər Çin şirkətlərinə H200 satışları üçün lisenziyalar versə də, Çin genişmiqyaslı idxalı təsdiqləməyib.
“Nvidia”nın açıqlamasına əsasən, iyulda başa çatan rübdə Çinə H200 tədarükləri məlumat mərkəzləri seqmentinin gəlirlərinin 1 faizindən azını təşkil edib.
Murhed hesab edir ki, son hadisələr çip ixracına nəzarətin sərtləşdirilməsi ilə nəticələnə bilər. Müzakirə olunan təkliflər arasında ixrac lisenziyaları üzərində Konqres nəzarətinin yaradılması və prosessorların yerini izləməyə imkan verən təhlükəsizlik mexanizmlərinin tətbiqi var.
Onun fikrincə, bundan sonra Çinə verilən hər bir ixrac lisenziyası bu hadisələr fonunda qiymətləndiriləcək və şirkətin Çin siyasətinin əsas müdafiəçisi olan Huanqın təsir imkanları zəifləyəcək.
Müştərilərin xəbərləri
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə “YAŞAT” Fondu ilə xeyriyyə turniri təşkil edib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
-
-
7 d. əvvəl
“Nvidia” səhmləri daha 3 faiz ucuzlaşdı — Huanqın qalmaqalı investorları narahat edir
-
14 d. əvvəl
Casusluq şübhəsi və gizli münasibət: Nvidia-nın Çin biznesi üzərində təzyiq artır
- 1 saat əvvəl
-
2 saat əvvəl
“PAŞA Həyat”ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan elektrik enerjisinin Avropaya ixracı üçün mühüm saziş imzaladı
-
2 saat əvvəl
“Qala Sığorta” 9 ayı 5 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“A-Qroup”un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
“Xalq Həyat”ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
“ChatGPT”nin rəqibi 64 milyard dollarlıq IPO-ya hazırlaşır – Dəyəri 1,4 trilyon dollara çata bilər
Ən çox oxunanlar
“PAŞA Sığorta”da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
Trampın “müharibə bitə bilər” mesajı nefti ucuzlaşdırdı — Brent 90 dollardan aşağı düşdü
“İpək Yolu Sığorta”nın yığımları 75%, mənfəəti 53% artıb




























