Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - UTİLİZASİYA BİZNESİ
Sumqayıt Kimya Sənaye Parkında yeni rezident -“Azmonbat” MMC qeydiyyata alınıb və bununla da Sənaye Parkının rezidentlərinin sayı 21-ə çatıb.
"Marja" İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, “Azmonbat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə qurğuşun turşulu akkumulyator batareyaların utilizasiyasını həyata keçirəcək.
Layihəyə əsasən, yaradılacaq müəssisədə utilizasiya nəticəsində polipropilen, polietilen, qurğuşun lövhə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə ediləcək.
“Azmonbat” MMC gələcəkdə parkın ərazisində avtomobil akkumulyatorlarının istehsalı müəssisənin yaradılmasını da nəzərdə tutur.
2018-ci ildə aprel ayında yaradılmış, 2 milyon 500 min manat nizamnamə kapitalına malik olan “Azmonbat” MMC-nin qanuni təmsilçisi Kourosh Pourhabib-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
10 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
10 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
11 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
11 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
12 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır
























